Fotolarda cazibədar görünmək üçün 5 üsul

Fotolarda cazibədar görünmək üçün 5 üsul
Gözəllik sirləri
10.09.2017 14
Sosial
şəbəkələr dövründə kiminsə fotosunun çəkilmədiyini təsəvvür etmək
çətindi. Korporativ tədbirlər, ictimai hadisələr -  bu kimi tanış
vəziyyətlərdə insanlar fotolarının nə zaman çəkiləcəyindən xəbərsiz olur
və bəzən də poz verə bilmirlər. Bu zaman narahatlıq hissi
bütün kompozisiyanı pozur və nəticədə siz fotoda yaxşı çıxmırsınız. Bəs
bunun qarşısını necə almaq olar? Narahat olmayın, fotolarda yaxşı
çıxmağınız üçün də sizə ipucları təqdim edirik.

 

Əllər arxaya

Arıq
və uzun görünmək istəyirsiniz? Bu, heç də, çətin məsələ deyil. Sadəcə
rahat dayanın, çiyinlərinizi xəfifcə önə, əllərinizi isə bir az arxaya
verin, bir ayağınızı lap azca qabağa qoyun, digər ayağınızda isə
dizinizi bir az əyin.

 

Əllər cibdə

Bu heç də pis fikir deyil! Əllərinizi cibinizə qoyun və poz verin. Görəcəksiniz ki, bu, sizdə alınır.



Uçan yeriş pozası

Bu
pozada ayaqlarınızın birini qabağa qoyursunuz. Belə dayanmaq həm də,
ayaqlarınızı uzun göstərərcək. Bir əlinizi də belinizə qoyursunuz. Uçan
yeriş pozası Cenifer Lopezin ən sevimli pozasıdır desək yanılmarıq.

 

Cəlbedici görünüş

Fotosessiya
zamanı cəlbedici görünmək istəsəniz, uzanın. Sonra kürəyinizi
fotoaparatın obyektivinə tərəf çevirin, başınız və çiyniniz isə
obyektivə baxsın, çənənizi isə bir az aşağı əyin.

 

X men

Ayaqlarınızı x formasında qoyun. Bu sizin ombanızı və siluetinizi vurğulayacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!