Ən çox bəyənilən 5 ətir

Ən çox bəyənilən 5 ətir
Gözəllik sirləri
10.09.2017 65
Ətir hər bir qadının sevdiyi, çox istifadə etdiyi, hətta xarakterini yansıdan bir kosmetik vasitədir.

Hər
il yüzlərlə növdə və adda ətirlər insanların istifadəsi üçün istehsal
ounub satışa çıxarılır. Bir çox markanın və növün arasında qadınların
əksəriyyətinin çox bəyəndiyi brendlər isə bir əfsanə olaraq adlarını
tarixə yazdırmışdırlar. Ən çox bəyənilən bu 5 ətir brendinin hansılar
olduğunu, onların yaranma tarixlərini və tərkiblərini sizə təqdim
edirik.



Chanel No 5-Coco Chanel:

Dünyanın
ən məşhur ətri. Heç bir ətir bu qədər tanınmadı və sevilmədi. Coco
Chanel 1921-ci ildə bu ətri satışa çıxardığı zaman qadın kimi qoxan bir
ətir hazırlamaq istədiyini və buna nail olduğunu demişdi. Tərkibində
yasəmən, səndəl ağacı, əmbər kimi bitkilər olan bu ətir fərqli qoxuları
qarışdıran ilk ətirdir. Bundan əvvəlki ətirlərdə yalnız bir çiçək
qoxusundan istifadə edilirdi.



Miss Dior-Christian Dior:

Bu
ətir sofistik və zərif bir stili təmsil edir. 1947-ci ildə istehsal
edilən bu ətrin adı Christian Diorun bacısı Catherine Diora xitabən
"Miss Dior" olaraq qeyd edilmişdi. Şüyüd, yasəmən və "paçuli"
bitkilərinin qoxularının qarışığı olan möhtəşəm bir ətirdir.



Opium - Yves Saint Laurent:

Ətir
ustası Louis Sieuzac tərəfindən hazırlanan "Opium" ilk dəfə 1977-ci
ildə satışa çıxarılmışdır. Opium "tiryək" deməkdir və satışa çıxarıldığı
ilk vaxtlarda adına görə Amerikadakı çinlilərin qəzəbinə səbəb olmuşdu.
Lakin buna baxmayaraq həmin ad qaldı və çox miqdarda satış əldə etdi.
Portağal, keşniş və bibər üst notlarına sahib olan ətrin orta notları
yasəmən və qızılgüldən təşkil olunmuşdur.



Shalimar-Guerlain:

1925-ci
ildə Jack Guerlain tərəfindən istehsal edilən bu ətir ilk oriyental
(şərq) ətirdir. Guerlain dünya tarixində eşqləri dillərə dastan olan
Cahan Şah ilə şahzadə Mümtaz Mahalın eşqindən ilham alaraq bu ətri
hazırladığını demişdi. Bu ətrin tərkibində berqamot, kəhrəba, süsən
çiçəyi və vanil bitkilərinin qoxuları vardır. Bu ətrin adı ilə bağlı
bəzi müzakirələr yaşanmışdır. Guerlain "Shalimar" sözünün Sanskritçədə
"eşq məbədi" mənasında olduğunu dediyi halda, bəzi insanlar tərəfindən
bu sözün Ərəb mənşəli olduğu və "ay işığı" mənasını verdiyi iddia
edilməkdədir.

 

Poison-Christian Dior:

25
illik bir tarixi olan bu ətir hələ də səltənətini davam etdirməkdədir.
Ədviyyatlı, meyvəli notların qarışığı olan bu ətir 1987-ci ildə ətir
sahəsinin Oskarı hesab edilən "Fifi" mükafatına layiq görülmüşdür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!