Aloe-veranın gözəlliyə 5 faydası

Aloe-veranın gözəlliyə 5 faydası
Gözəllik sirləri
10.09.2017 15
Əsrlərdir ki, xalq təbabətində geniş şəkildə istifadə edilən aloe-vera (əzvay) ən təsirli gözəllik vasitənizə çevrilə bilər.

  

1. Makiyaj təmizləyən vasitə

Makiyaj
təmizləyən vasitələrə pul tökməyin. Əzvay yarpağını qırın və pambığı
yarpaqdan axan gelə bənzər mayeyə bulayıb makiyajınızı silin. Bu üsulla
dəriniz həm təmizlənəcək, həm yumşaq olacaq.

 

2. Qırışlara qarşı

2009-cu
ildə aparılan araşdırmalar göstərib ki, 90 gün mütəmadi olaraq əzvayla
üzə qulluq edənlərdə qırışlar azalır, dərinin elastikliyi isə artır.

 

3. Qızartılara qarşı

Qızaran
və qabaran dərini sakitləşdirmək üçün yenə əzvaydan istifadə edə
bilərsiniz. Əzvay sızanaqların meydana gəlməsinin qarşısını alır.

 

4. Diş və ağız təmizliyi

Aloe-vera diş əti problemlərini aradan qaldırır. İltihabları yox edir.

 

5. Qaşlara qulluq

Qaşdakı tüklərin tökülməsinin qarşısını alır. Qaşların daha gur və sağlam görünməsini təmin edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!