Yaz təmizliyinə bədəninizdən başlayın – Ozon terapiya

Yaz təmizliyinə bədəninizdən başlayın – Ozon terapiya
Gözəllik sirləri
10.09.2017 30
Artıq
yaza yavaş-yavaş addımlayırıq. Yaz təmizlik, gözəllik və yenilənmə
mövsümüdür. Bu mövsümdə daha gözəl olmaq istəyirik. Elə buna görə də,
sizə qışın yorğunluğunu üstünüzdən atacağınız, yaza tam yenilənmiş
bədənlə girə bilmək üçün yeni formul – ozon terapiya təqdim edirik. 



Ozon terapiya nədir?

Ozon
terapiya insanın öz bədənindən götürülən qana tibbi ozon qazı
inyeksiyası edildikdən sonra təkrar eyni kanaldan verilməsi sürətilə
edilir. Toksinlərin atılması, toxumaların yenilənməsi, immunitet və qan
dövranı sistemini gücləndirmək məqsədilə bu proses həyata keçirilir.
Qan bədəndən alındıqdan sonra bir müddət ozonun qanla homogen bir hala
gəlməsi üçün gözlədilir. Bu zaman qan sanki dəmlənir, daha parlaq və
qırmızı rəngə çalır. Və bu qan ozonla birləşdiyi zaman tərkibindəki
zərərli maddələr yox olur, yenilənir və insana yenidən vurulur.



Enerji qazanın 

Ozon
terapiya çox möhkəm protokollara sahib tibii əməliyyatdır. Əgər bu
müalicədən yaxşı nəticə almaq istəyirsinizsə mütləq bu işi bilən
mütəxəssisə müraciət etməlisiniz. Ozon terapiya sayəsində siz 18
yaşındakı bir insanın enerjisinə sahib ola bilərsiniz. Stres, xərçəng,
xroniki yorğunluq, yaddaşsızlıq, göbələk xəstəlikləri, revmatizma
ağrıları, obesitə, qəbizlik, astma, Alzheimer kimi bir çox xəstəliklərin
də müalicəsində ozon terapiya faydalıdır.

 

Oksidativ stressi azaldır

Ozon
terapiya ilə oksidativ stresin azaldılmasına və yox edilməsinə nail
olmaq mümkündür. Orqanizmaya zərər verən halların qarşısını alır və
mövcud xəstəlikləri yox edir. Ozonun 3 vacib təsir mexanizması ilə təsir
göstərdiyini, oksidativ stresi azaltdığını, hüceyrələrin və
orqanlara dəyən zərərin qarşısını aldığını da demək yerinə düşər. Bütün
bu problemlərə qalib gəlməyiniz və sağlam, rahat, yeni bir bədənə sahib
olmağınız üçün eviniz kimi də bədəninizin yaz təmizliyinə ehtiyacı varскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!