Qış gəlinlərinə məsləhətlər

Qış gəlinlərinə məsləhətlər
Gözəllik sirləri
10.09.2017 13
Neçə
neçə ailələr tanıyıramki, qışda havanın soyuq keçməsi səbəbilə öz xoş
günlərini yaza, yaya və payıza keçirirlər. Əslində isə bu bizim üçün elə
də böyük əhəmiyyət kəsb etməməlidir. Niyə? - Çünki bütün hallarda
toylarımız şadlıq evlərində qeyd olunur.

Amma bunlara inad fərqlənmək istəyirsinizsə, ekranı özünüzə yaxın tutun...

Başlayaq ən vacib element- olan gəlinlikdən.
Gəlinlik seçiləndən sonra digər detalların özü ard-arda
gəlir. Dekoltesi çox olan, qolsuz gəlinlikdə donmaqdansa, qərarınızı
uzun qol zərif gəlinliklərdə saxlayın. Qol fransız gupurundan olsa daha
zərif görsənər. Əgər gəlinin artıq çəki ilə bir problemi varsa, dar və
biləyə kimi uzun qol onu xilas edəcək. Digərləri isə "yarasa" formalı
qolları olan gəlinlik seçə bilərlər amma gəlinliyin həcmli olmaması
şərti ilə.



Nəyə görə yarım qol məsləhət görmürəm? Çünki uzunqol obrazınızı daha əsalətli və səliqəli edəcək.



Kiçik xəzlər yada toxunma şarflar

Şadlıq evinə çatmadan öncə kiçik bir fotosessiya etmək
istəyirsinizsə tək bir gəlinlikdə üşüyə bilərsiniz. Nəticə olaraq
fotolarda titrək halda görünmək  istəməzsiniz :)) Ona görədə gəlinliyə
uyğun ağ ,fil sümüyü, açıq çəhrayı və s. rəngli qısa palto, şarf
formasında xəzlər və yaxud balero seçmək olar. Amma fərqlənmək istəsəniz
enli,toxunulmuş şarflara da üz tuta bilərsiniz.



Saçınızı isə yığmaq daha məsləhətlidir. Külək, yağış və qar açıq
olan saçınızı korlaya bilər. Fata əvəzinə isə vualetka, saç
aksessuarından könül rahatlığı ilə istifadə etmək olar. Şadlıq evinə
daxil olanda isə fatanı geyinə bilərsiniz.



Bəzi detalları sıralayaq:

1.Havada burnunuz soyuqdan qızara bilər. Ona görə də makiyajda xüsusi diqqəti ona ayırın.

2.Özünüzlə 2 ayaqqabı götürün .Isti və dəbli çəkmələr yada ugglar - həm
ayağınız isti olacaq, həm də çəkmələriniz obrazınıza rəng qatacaq.
Saraya daxil olarkən də əsas hündürdaban ayaqqabılarınızı geyinin.

3. Açıq tonlarda əlcəklər. Bəyin də obrazında əlcəklər və isti sviter
olsa, daha şirin görünəcəksiniz. Təbii ki, bunlar açıq hava üçün
keçərlidir.



Belə əsas məqamlara toxundum. Ümid edirəm həm dəbli, həm də zərif qış gəlini olacaqsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!