Ayaqları incəldən 10 sadə məsləhət

Ayaqları incəldən 10 sadə məsləhət
Gözəllik sirləri
10.09.2017 14
Çox
vaxt davamlı pəhrizlərdən, çəki itkisindən sonra qadınlar yenə də öz
bədən quruluşundan narazı qalır. Məlumdur ki, artıq çəkidən xilas olanda
çox vaxt bədənin həcmi heç də lazım olan nahiyələrdə azalmır. Bəs, necə
etmək olar ki, piylər bədənin məhz istənilən nahiyələrində ərisin?
Əlbəttə, mümkün olmayan heç nə yoxdur, lakin bunun üçün bir qədər
əziyyət çəkmək lazımdır. Həm də bu zaman təkcə pəhriz kifayət etmir,
xüsusi fiziki məşqlər də tələb olunur. Məsələn, ayaqlarından narazı olan
xanımlar çoxdur.

 

Əgər ayaqlardakı yağları əridib onları nazikləşdirmək istəyirsinizsə, bu təkliflərə mütləq nəzərə salın.

 

Mütəmadi olaraq gəzin, qaçın.

Pilləkənlə çıxıb düşün.

Nəqliyyat vasitəsi kimi velosipeddən istifadə edin.

Çömbəlmə məşqi edin.

Üzmək nəinki ayaqları incəldir, həm də əhval-ruhiyyəyə müsbət təsir edir.

Vaxtınız yoxdursa, ofisdə daxilində gəzin.

Oturaq işdə çalışsanız belə, ayaqları və dizləri tez-tez hərəkət etdirin.

Mütləq idman zalına  yazılın.

Aerobika ilə məşğul olun.

 

Ayaqların arıqlaması pəhriz zamanı qidalanma sxemi

Qidaya
mütləq meyvə və tərəvəzlər daxil edilməlidir. Onların tərkibindəki
antioksidantlar sərbəst radikalların təsirini neytrallaşdırır. Əgər qısa
vaxtda, həm də effektli nəticə əldə etmək istəyirsinizsə, qızardılmış
yeməklər, konfet və biskvitlərin qəbulu məhdudlaşdırılmalıdır. Qida
rasionuna ancaq az yağlı qidalar daxil olunmalıdır. Rasionda mütləq A və
C qrup vitaminləri, həmçinin kaliumla zəngin qidalara da yer
verilməlidir: məsələn, çiyələk, kivi, qırmızı bibər, kök, kahı, kələm,
mal qaraciyəri, göy soğan, portağal, kartof, banan və s.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!