Daha gözəl dəriyə sahib olun

Daha gözəl dəriyə sahib olun
Gözəllik sirləri
10.09.2017 24
Xanımlar
həmişə cavan və gözəl qalmağa çalışırlar. Bunun üçün üzə, dəriyə,
saçlara və dırnaqlara müxtəlif qulluq üsullarını sınaqdan keçiririk. Yaz
qabağı verdiyimiz bu məsləhətlərə əməl etsəniz daha canlı dəriyə sahib
olacaqsınız, daha da gözəlləşəcəksiniz.

1. Gecə yatmazdan əvvəl göz ətrafına gənəgərçək və ya badam yağı çəkin;

2. Yemək bişirdikdən sonra əllərinizə və dirsəklərinizə limon suyu çəkin;

3. Qırışlarınızı azaltmaq üçün hər gün üzünüzə bal çəkin;

4. Əllərinizin dərizi kobudlaşırsa nişastadan hazırlanmış maskalar kömək edə bilər;

5. Saçlarınız tez-tez yağlanırsa iki gündən bir saçlarınızı axşamdan qalma çayla masaj edin;

6. Dəriniz qurudursa çaytikanı yağı və su qatılmış jojoba yağı çəkin;

7. Dərinizi dərindən təmizləmək üçün ayda iki dəfə üzünüzə limon suyu qatılmış yumurta sarısı çəkin;

8. Üz dərinizə cavanlıq qatmaq üçün bal və duzdan istifadə edə bilərsiniz;

9. Üz dərinizdəki sızanaqları yox etmək üçün lavanda və çayağacı yağı çəkin;

10. Dərinizin yumşaq və parlaq olması üçün bədəninizi kofe ilə piliq edin;

11. Təravətli dəriyə sahib olmaq üçün hər gün nanəli çay için;

12. Hamiləlik zamanı qarın hissəsində yaranmış dəri dartılmalarına qarşı kakao yağı çəkin;

13. Əllərinizin yumşaq qalması üçün isə sirkə və bitki yağından qarışıq düzəldib çəkə bilərsiniz;

14. Saçınız tökülürsə baş dərinizə jojoba yağından hazırlanmış maska çəkin;

15. Üz dərinizi müxtəlif otlardan hazırlanmış dəmləmənin içində saxlanmış 2 gümüş qaşıqla masaj edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!