Göz ətrafındakı qırışlara təbii həll

Göz ətrafındakı qırışlara təbii həll
Gözəllik sirləri
10.09.2017 16
Göz
ətrafındakı dəri çox həssas və incədir. Boynumuz kimi göz ətrafı
dərimiz də üzümüzdə baş verən dəyişikliklərdən tez təsirlənir. Əsasən
də, bunu qırışlarla biruzə verir. Qırışlar isə müxtəlif səbəblərdən
yarana bilər. Bu çox gülməklə, günəş eynəyi istifadə etməməkdən,
gözləri qıymaqdan, düzgün göz ətrafı krem istifadə etməməkdən, dəri
nəmini itirdikdə, soyuqdan və ən əsası da, yaşlanmaqdan irəli gələ
bilər. Çox xanımlar da gözlərinin ərtafındakı bu qırışlardan yaxa
qurtarmaq üçün təbii həll yolları axtarırlar. Belə həll yollarından
birini biz sizə təqdim edirik. 

Təqdim edəcəyimiz bu maskanı evdə asanlıqla tətbiq edə bilərsiniz. 



Lazım olanlar

Badam yağı – 1 x.q.

Soya yağı – 1 x.q.

Avokado yağı – 1 x.q.



Hazırlanması

Bütün
bu yağları qarışdırırsınız. Yağlardan alınan maskanı bir az
saxlayırsınız. Gecə yatmamışdan əvvəl dərinizi zeytun yağlı sabunla
yuduqdan sonra bu qarışımı göz ətrafınız da daxil olmaqla dərinizə
çəkirsiniz. Səhərə qədər bu qarışım dərinizdə qalacaq və dəriniz
onu tamamilə özünə çəkəcək. Bu sizin göz ərtafı dəriniz üçün çox faydalı
olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!