Xüsusi günlər üçün 5 qulluq üsulu

Xüsusi günlər üçün 5 qulluq üsulu
Gözəllik sirləri
10.09.2017 11
Xüsusi
günlərdə özümüzə daha çox diqqət ayırırıq. Gözəllik qaydalarının
təxminən hamsını edirik. Amma bəzən etdiyimiz bütün gözəllik rutinləri
gərəksiz ola bilər. Elə bu səbəbdən də həm vaxtınızı, həm də enerjinizi
çox xərcləməyəsiniz deyə sizə xüsusi günlərdə gərəkli olan 5 qulluq
rutinini təqdim edirik. Belə kritik bir zamanda beyninizi və dərinizi ev
şəraitində 5 qulluq üsulu və spa ilə mükafatlandırın. 



Saça qulluq

Əgər
saçlarınız düzləşdirici fenin, suyun istiliyindən zədələnib, quruyub,
əvvəlki canlılığınitiribsə, o zaman xüsusi gün üçün saçlarınıza avakado
yağı ilə maska edin. Bunun üçün sizə avakado yağı, qatıq və bal
lazımdır. Qarışığı saçlarınıza tətbiq edin, 25 dəqiqə saxlayın və ilıq
su ilə yuyun. Nəticə mükəmməl olacaq. 



Palçıq maskası

Yorğun
iş həftəsindən qalan stressi atmaq və dərinizi yeniləmək üçün palçıq
maskası yaxşı seçimdir. O sizin dərinizi rahatladacaq, toksinlərin
dəridən çıxmasına şərait yaradacaq və dərini cavanlaşdırmaq üçün çox
təsirlidir. 



Pilinq

Qəhvəyi
şəkər, badam yağı və baldan alınan məhlulu yavaşca üzünüzə fırça ilə
tətbiq edin və massaj edin. Bu pilinqlə dəriniz nəmlənəcək, yenilənəcək
və şəkərin sayəsində ölü dəri töküləcək.



Üz maskası

Dəinizə
qulluq və onun yenilənməsi üçün multimaska tətbiq edin. Palçıq və ya
gil əsaslı maskanı yağlı hissələrə tətbiq edin, quru hissələrə isə
nəmləndirici maska çəkin və gözlərinizin altına isə aloe vera əsaslı
maska tətbiq edin. 



Təmiz dırnaqlar

Əvvəlcə
manikür yağı ilə dırnaqlarınızı qidalandırın. Bu onları bərpaedəcək.
Yağı dırnaqlarınıza tətbiq etmək üçün pambıqdan istifadə edin və 5
dəqiqə boyunca dırnaqların daxilinə və xaricinə massaj edərək tətbiq
edin. Daha sonra isə dırnaqlarınızı canlı göstərmək üçün tünd rənglər
yerinə neytral rəngli dırnaq boyası çəkin. Dırnaqlarınız və əlləriniz
yenilənmiş şəkildə parlaq olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!