Dodaqları dolğun göstərmək üçün cərrahiyyəsiz 6 yol

Dodaqları dolğun göstərmək üçün cərrahiyyəsiz 6 yol
Gözəllik sirləri
10.09.2017 15
Doğuşdan
dolğun dodaqlara sahib olmayanlar dodaqlarını dolğun, həcmli göstərmək
üçün cərrah yanına gedirlər. Amma bunun cərrahiyyəsiz də çıxış yolu var.
Necə? Foxy dodaqları cərrahiyyə olmadan təbii yolla dolğun göstərməyin 6
yolunu təqdim edir.   



Concealer-dan istifadə et

Dodaq
makiyajını concealer ilə başla. Onun vasitəsi ilə dodaq kənarlarını,
yəni, tünd hissələri örtməlisən. Concealer-i bir az kənarlardan içə
doğru da da çəkə bilərsən. Sanki Angelina Jolie dodaqlarının effektini
yaradırmış kimi.



Highlighter – a müraciət et

Dodaqlarını
daha da həcmli etmək üçün highlighter və ya qızılı bronazator istifadə
edə bilərsən. Highlighter-dan daha çox üst dodağı, əsasən də, kənarları
işıqlandırmaq üçün istifadə etmək doğrudur. 



Solğun qələm çək

Tünd
qələmlə dodaqları konturlamaq heç də xoş görüntü yaratmır. Açıq çəhrayı
və ya nude qələm çalarları kontur üçün ən idealıdır. Qələmlə
konturlamaq prosesi bitdikdən sonra ya nude, ya mat ya da ki, blesk
dodaq boyalarından istifadə edə bilərsən. 



Açıq rənglərə üstünlük ver

Artıq
tünd rənglərin dodaqları nazik göstərdiyi təsdiqlənib. Dodaqları daha
təbii, dolğun göstərmək üçün mütləq açıq, elə bu mövsümün də dəbi olan
nude çalarlı dodaq boyalarından istifadə etmək olar. 



Düzgün faktura

Mükəmməl
həcmli dodaqlara sahib olmağın ən vacib məqamı düzgün fakturalı dodaq
boyasına sahib olmaqdır. Bu mövsüm mat dodaq boyaları əlavə korekksiyaya
ehtiyacı olmayan dodaqlar üçündür. Daha həcmli dodaqlara sahib olmaq
üçün vizual yaş dodaq görüntüsü yaradılmalıdır. 



Parlaq nöqtə

Bu
işdə ən son üsul alt dodağın dolğun görüntüsünü yaratmaqdır. Makiyajı
bitirdikdən sonra dodaq boyası ilə bir az alt dodağın orta hissəsini
vurğulamaq lazımdır. Bu işi yaxşı olardı ki, bir fırçanın köməyi ilə
edəsən.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!