Daha cazibədar görünüş üçün 20 hiylə

Daha cazibədar görünüş üçün 20 hiylə
Gözəllik sirləri
10.09.2017 11
Dərinizi duşdan sonra nəmləndirin

Duşdan sonra 2-3 dəqiqə ərzində istifadə edəcəyiniz yağ tərkibli nəmləndirici ilə dərinizin nəmini artıra bilərsiniz. 



Yağlı dəri üçün qara çay paketi istifadə edin

Əgər yağlı və parıldayan üz dəriniz varsa istifadə edilmiş və soyumuş çay paketini üz dərinizə qoyun və yumayın. 



Telefonunuzu təmizləməyin

Mütamadi
olaraq üzünüzə vurduğunuz telefonunuz əslində bakteriyalarla dolu
olduğunu bilirdiniz? Həftədə bir dəfə antibakterial salfetlərlə
telefonunuzu təmizləyin. Bu şəkildə üz dərinizi qoruyacaqsınız. 

 

Hamar üz dərisi üçün qaymaq istifadə edin

Marketlərdə
satılan qaymağı həftədə iki dəfə, bir yemək qaşığını üz dərinizə sürtün
və 20 dəqiqə gözləyin. Tərkibindəki süd turşusu sayəsində üz dəriniz
hamar olacaq. 



Ayaq qoxusunun çayla qarşısını alın

Tünd
dəmlənmiş çayı soyuduqdan sonra geniş qaba tökün və ayağınızı bir
müddət içində saxlayın. Dərinizdə PH miqdarı dəyişdiyi üçün qoxulara da
təsir edəcək. 



Makiyajdan əvvəl masaj edin və şişliklərdən azad olun 

Üzünüzü
və boynunuzu beş dəqiqə ərzində masaj edin, bu şəkildə qan dövranı
güclənəcək, şişliklər yox olacaq. Masajdan sonra etdiyiniz makiyaj daha
gözəl olacaq. 



Dəriniz üçün özünüzün hazırladığı hava nəmləndirici istifadə edin  

Nəm dəsmakı yatdığınız otağın qapı qulpuna asın. Səhər oyandığınızda dəsmal artıq qurumuş olacaq, dəriniz isə nəmlənəcək.



Soyuq su ilə dərinizdəki qırmızılıqları yox edin

Əgər
ləkəli və ya qırmızı tonlu dəriniz varsa, su içməyə ehtiyacınız var.
İçdiyiniz bir stəkan su sayəsində üz dərinizdəki damarlar daralacaq və
qırmızı görünüş yox olacaq.



Sivilcələri burun açan dərmanlarla yox edin

Burun tutulduğu zaman istifadə etdiyiniz spreyi sivilcələrinizin üzərinə vurun, nəticədə onlar kiçiləcək.



Soya südü ilə dərinizi parıldadın 

Həftədə
bir dəfə soya südünü üz dərinizə sürtsəniz parlaq dəri əldə edə
bilərsiniz. Təmiz bez parçasını soya südünə batırın və 10 dəqiqə ərzində
üz dərinizə sürtün. Nəticədə üz dəriniz parlaqlıq əldə edəcək. Bu maska
qırışıqlıqlar üçün də faydalıdır. 



Saç və üz dəsmalınızı ayırın

Saçınızı qurutmaq üçün istifadə etdiyiniz dəsmalla üzünüzü sildiyiniz dəsmal mütləq ayrı olmalıdır.



Göz üçün istifadə etdiyiniz jeli soyuducuda saxlayın

Səhərlər göz ətrafı üçün istifad etdiyiniz jeli soyuducuda saxlayın. Bu da şişliklərin getməsinə kömək olacaq. 



Baldan istifadə edin

Hamamdan
çıxmadan qabaq buxarın olduğu vaxt dərinizə bal vurun. Təmiz və yeni
nəmlənmiş dəriniz baldakı təbii fermentlər sayəsində üz dəriniz
nəmlənəcək.  



Üz dəriniz üçün yulaf istifadə edin

Üz təmizləyicinizə bir qaşıq yulaf əlavə edin və 10 dəqiqə ərzində qarışdırın. Yulaf üz dərinizi təmizləyəcək və nəm verəcək. 



Xüsusi günlərdən əvvəl fərqli təcrübələr etməyin 

Əgər
xüsusi gecəyə hazırlanırsınızsa, fərqli maskalar təcrübədən keçirməyin.
Heç vaxt etmədiyiniz meyva maskasını üz dərinizə çəkməyin. 



Günəş yanığı üçün Smoothie için 

Meyvə və ya tərəvəzlərdən hazırlanmış smoothie, günəşlənmədən sonra üz dərinizdəki zərərlərə daha yaxşı təsir göstərər.



Kəpəyə qarşı olan şampunu üz dəriniz üçün də istifadə edə bilərsiniz. 

Əgər quru üz dərisinə sahibsinizsa, ayda bir dəfə kəpəyə qarşı şampun ilə üz dərinizi yuya bilərsiniz.



Yumşaq tərkibli məhsul seçin 

İncə tərkibli qulluq vasitələrinə üstünlük verin. Çünki bu məhsullar daha çox yaxşı nəticə verəcək.



Həssas üz dərizi üçün antiaksidant istifadə edin 

Əgər
həssas üz dəriniz varsa, tərkibində parfum olmayan, yaşıl çay kimi
antioksidantlarla hazırlanmış məhsullara üstünlük verin.  



Təyyarəyə minməmişdən qabaq günəş kremi istifadə edin

Təyyarə
ilə səyahət etsəniz və xüsusilə pəncərə kənarında oturursunuzsa, mütləq
UV şüalarından dərinizi qoruyacaq krem istifadə edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!