Dodaqların bal, şəkərdir...

Dodaqların bal, şəkərdir...
Gözəllik sirləri
10.09.2017 26
Artıq
payız və qışın soyuqları özünü göstərir. Bu soyuqlardan saçlarımızdan
tutmuş dırnaqlarımıza qədər bütün orqanlarımız zərər görür. Zərər
görənlər içərisində dodaqları da xüsusilə qeyd etmək yerinə düşər.
Dodaqlar soyuğun təsirindən quruyur, çatlayır və hətta quruluğun
sayəsində qanayır da. Sən də dodaqlarını bütün bu zərərli təsirlərdən
qorumaq istəyirsənsə foxy təqdim edən təbii ev pilinqini edə bilərsən.  



Təqdim
etdiyimiz pilinq dodaq çatlarının aradan qalxmasında çox yardımçı olur.
Evdəki vasitələrdən rahatca hazırlanır. Dodaq pilinqi dodaqları ölü
hüceyrələrdən təmizləyərək onu hamar və yumşaq edir. 



Pilinq üçün lazım olan vasitələr

Ağ və ya qəhvəyi şəkər – 1 x.q. 

Zeytun yağı – 1 ç.q.

Bal – yarım çay qaşığı



Hazırlanması

Bir
kasanın içərisinə birinci şəkəri əlavə et. Sadəcə şəkər seçiminə diqqət
et. Əgər rəngli dodaq pilinqi edirsənsə ağ şəkər seç. Çünki ağ şəkərin
vasitəsilə dodağındakı bütün boyanın çıxdığına əmin olacaqsan. Daha
sonra isə zeytun yağını əlavə et, qarışdır. Diqqət edilməli nüanslardan
biri maddənin az yağlı olmasıdır. Şəkərlə zeytun yağının qarışımı sanki
az nəmli qumu xatırlatmalıdır. Əgər yağ çox olarsa şəkər, az olarsa isə
yağ əlavə edə bilərsən. Şəkərlə yağı qarışdırdıqdan sonra balı əlavə et.
Yaxşıca qarışdır. Qeyd edək ki, bal ayrılıqda nəmləndiricidir. Məhlul
hazır olduqdan sonra orta barmağınla az-az götürüb 2-3 dəqiqə barmağının
ucu ilə yavaş-yavaş massaj edirsən. Və ilıq su ilə yuya və ya nəm
spirtsiz salfetlə silə bilərsən. Pilinqdən sonra istifadə etdiyin hər
hansı bir dodaq nəmləndircisini dodaqlarına çəkə bilərsən.

Qeyd. dodaqların
çox quruyub və hətta qanayırsa bu pilinqi etmə. Əvəzinə apteklərdə
satılan müalicəvi vasitələrdən istifadə et. Çünki qanama varsa pilinq
dodaqlarını daha da pis vəziyyətə sala bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!