Sinə sallanmasının qarşısını alan təbii üsullar

Sinə sallanmasının qarşısını alan təbii üsullar
Gözəllik sirləri
10.09.2017 13
Sinənin
sallanması bir çox xanımın qorxuduğu problemdir. Bu problem müxtəlif
səbəblərdən yarana bilir. Sinə hissə yağ təbəqəsindən ibarət olduğu üçün
onun gec-tez sallanacağını hər bir xanım yaxşı bilir. Amma xanımların
əksəriyyəti bunun qarşısını almaq üçün tam olaraq nə etmək lazımdır
bilmirlər. Əslində isə sinəmizin sallanmaması üçün əlimizdən gələni edə
bilər, sallanma müddətini uzada bilərik. Həm də, bunu etmək üçün heç bir
estetik əməliyyata da ehtiyacımız yoxdur. Çünki həmişə təbii üsullar ən
yaxşı çıxış yoludur. Əgər sizin də belə bir probleminiz var və yaxud da
gələcəkdə sinənizin sallanmasını istəmirsinizsə təqdim etdiyimiz
bu yazıdan faydalana bilərsiniz. 



Sinə niyə sallanır?

Sinənin
sallanmasının bir çox səbəbi var. Bu səbəblərin başında kilo
alıb-vermək, hormonal dəyişikliklər, çox isti duş almaq və uzun müddət
günəşlənmək dayanır. Digər əsas səbəblərdən biri də siqaret qəbuludur.
Çünki siqaretin tərkibindəki nikotin qan hüceyrələri ilə birlikdə
dəriyə daxil olan oksigenə mane olur. Bu da dərinin yaşlanmasına və
sallanmasına səbəb olur.



Sinə sallanmasının qarşısını alan təbii üsullar

İdman edin. Sinəni və bu hissədəki əzələləri canlandıran bir çox məşqlər var. Bunların içində ən effektlisi üzgüçülükdür. 

Kalsium, C vitamini və zülalla zəngin olan qidalar qəbul edin. Bu
qidalar dərinin sıxlaşmasını təmin edəcək, eyni zamanda da, sinə
sallanmasının qarşısını alacaq. 

İsti su ilə yuyunmaq sinənin sallanmasına səbəb olur. Əgər mümkündürsə
hər gün sinənizi buz və zeytun yağı ilə ovun. Buz sinənin diri qalmasına
 çox yaxşı təsir edir. Bu masajdan sonra sinənizi tam sıxan büstqalter
geyinin və yarım saat uzanın.

Mümkün olduqca dik dayanın, qamətinizi düzəldin. 

Tez-tez kilo verib-almaq sinəni sallandırır. Buna görə də, yavaş-yavaş kilo verin və ya alın.

İdman edərkən və qaçarkən sinənin sallanmasına mane olan xüsusi büstqalter geyinin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!