Baharın dəb proqnozu ilə tanış olun

Baharın dəb proqnozu ilə tanış olun
Gözəllik sirləri
10.09.2017 5
Baharın
astanasındayıq. Bu isə o deməkdir ki, artıq qarderobu yeniləmək vaxtı
gəlib. Dəb ekspertlərinin fikrincə, dizaynerlər yaz-yay mövsümü üçün
romantik, rəngarəng və olduqca zərif  kolleksiyalar təqdim ediblər.

  

Hər
mövsüm dizaynerlər yeni-yeni trendlər təklif edir: bəzi trendlər
modapərəstlər tərəfindən sevilir, digərləri isə tez, həm də nəzərə
çarpmadan unudulur. Çox vaxt üslubun dəyişməz qaldığı, trendlərin isə
hər saniyə dəyişdiyi deyilir. Buna baxmayaraq, moda dünyasında baş verən
yeniliklərə diqqət yetirməmək mümkün deyil. Çünki onun təsiri hər yerdə
hiss olunur. Hər halda boz kütlənin içində itib-batmaqdansa, dəblə
birinci ayaqlaşanlardan olmaq daha yaxşıdır. Əlbəttə ki, burada söhbət
trendlərə kor-koranə əməl etməkdən getmir. Biz aşağıdakı siyahı arasında
yalnız sizə yaraşan yenilikləri seçməyi təklif edirik.

 

Alt paltarı

Alt
paltarlarını xatırladan geyimlər artıq bir neçə mövsümdür ki, müzakirə
olunur. Bu yaz bir çox aparıcı dizaynerlər ənənəvi donları tamamilə
dəyişdirmək qərarına gəlib. Onlar kolleksiyasında  zərif krujeva ilə
atlası birləşdirməklə qadın seksuallığını maksimum vurğulamağa və
gündəlik geyim halına salmağa çalışıb.  Havalar isinənə qədər nazik
asqılı, krujeva ilə işlənmiş atlas dona bənzər toxunma jaketlər
geyinməyi tövsiyə edirik. Jaketlər belə donların gecə geyimi təsirini
maksimum azaldacaq. Bu iddialı dəb tendensiyası idman və bohem üslubu
ilə çox yaxşı uzlaşır.

 

Açıq çiyinlər

Əgər
qüsursuz çiyinlərə sahibsinizsə, onda bu dəb tendensiyası 100 faiz
sizin üçündür. Klassik dekolte və toplar yeni mövsümdə aktual deyil.
Yeni mövsümdə dizaynerlər yay gecələri üçün çiyin dekoltesini daha incə
və orijinal variantda təqdim edib. Ancaq yadda saxlayın ki, büstqalterin
çiyinbağıları, hətta şəffaf olsa belə görünməli deyil. Yalnız bu halda
sizin çiyinlərinizi nümayiş etdirməyə tam haqqınız çatır.

 

Mavi cinslər

Sizcə,
cinslərdən təngə gəlmək olar? Hər kəsin bir ağızdan "Yox!” deyəcəyinə
əminəm. Bütün dizaynerlər demək olar ki, hər kolleksiyasında cinslərə
böyük yer verib. Yaz və yaylarında qalın cinsləri bir qayda olaraq
yüngül və açıq rəngli cinslər əvəz edəcək. Yüngül cins parçadan tikilən
kombinezonlar, ətəklər, şortlar, şalvarlar, hətta jaketlər o qədər
rahatdır ki, bütün sutka onlarda gəzmək olar. Belə görünür ki, göy
cinslərin 50 çaları bu il modapərəstlər arasında xeyli populyar olacaq.
Şükürlər olsun ki, heç kim bunun əleyhinə deyil. Bu ruhda davam edin!

 

Həcmli qollar

Artıq
həcmdən qorxursunuz? Onda bu qeydi diqqətlə oxuyun. Kağız Çin
fənərlərini xatırladan iri qollar çiyinləri vizual olaraq daha kövrək,
daha zərif göstərir. Viktoriyan dövründən ilhamlanan  dizaynerlər
baharın zərif tərzini daha teatral versiyada təklif ediblər.

 

Zolağa diqqət!

Bir
neçə mövsümdür ki, ardıcıl olaraq dünya podiumlarında yer alan zolaq
naxışı modapərəstləri çoxdan usandırmalı idi. Amma yox, o hələ də aktual
olmağa davam edir. Dizaynerlərin fikrincə, xanımların zolaqlı geyimlərə
tələbatı azalmır. Lakin indi seçim daha böyükdür. Belə ki, sizin
xətləri həm şaquli, həm üfüqi, həm nazik, həm də daha qalın seçmək
şansınız var. Ümumiyyətlə, hər bir modapərəst bu trendin öz zövqünə
uyğun olan növünü tapa biləcək.

 

Dəbdə xlor effekti

Bu
yaz modapərəstlərin dəb lüğətinə daha bir termin əlavə olunacaq. "Dye
tie!”. Sadə dillə desək, "ağarmış"  geyimlər populyarlıq zirvəsindədir!
Özü də bu effekt təkcə cinslərə tətbiq olunmayıb, dizaynerlər bu dəfə
daha mürəkkəb material seçib. Bu, trikotaj, şifon, ipək və hətta dəri
ola bilər. Belə effektlərin obraza maraqlı təsir bağışlayacağından şübhə
etməyin.

 

Viktoriyansayağı volanlar və büzmələr

 

Elə
bil İspaniyanın qızmar günəşi bir neçə dizaynerə birdən təsir edib.
Yaz-yay kolleksiyalarında dizaynerlərin boleroya, toreador kostyumunu
xatırladan paltarlara üstünlük verməsini, ümumilikdə volanlı və büzməli
geyimlərin bolluğunu başqa cür izah etmək mümkün deyil.

 

Siz
təbiətcə romantik olsanız da başdan-ayağa büzmə və volanlara bürünmək
istəmirsinizsə,  onu sadə geyimlə birləşdirin. Əlavə olaraq bu məlumatı
da yadınızda saxlayın ki, volan və büzmə detalları insanı vizual olaraq
kök göstərir. Odur ki, bu dəb tendensiyası ilə ayaqlaşmazdan əvvəl bədən
quruluşunu nəzərə alıb volan detalının harada istifadə edilməsinə
düzgün qərar verin. Bəlkə də bu ideyadan, ümumiyyətlə, imtina eləmək
lazım gələcək...

 

Açıq tonların hakimiyyəti

 

Baharın
gəlişi ilə rənglər, naxışlar əməlli-başlı canlandılar: müxtəlif gül və
bitki motivləri paltarlarda, şalvarda, hətta üst geyimlərində çox incə
görünürlər. "Pantone” rəng təşkilatının fikrincə, açıq çəhrayı ilə mavi
bu ilin əsas rəngləri olacaq. Rəng təşkilatı gözəl variantlar təklif
edir, elə deyilmi?

 

Dağınıq stil

Dağınıq
küçə üslubu dəbə yenidən öz qaydalarını diktə etməyə başlayıb. Bu bahar
rahatlığını hər şeydən üstün tutanlar susacaq, əvəzində  geyimləri
danışacaq, hər yerdə "sərbəstlik, azadlıq səsi eşidiləcək”.  Dizaynerlər
dağınıq gözəllər üçün bol həcmli kombinezonlar, maykalar, şalvarlar
və.s  idman geyimləri təklif edir.

 

Gümüş parıltısı

Gümüş
parıltısı dəb dünyasına yenə hökm edir. Belə görünür ki, iddialı
modapərəstlər parıldamaqdan vaz keçmək istəmir.  Hər halda başdan-ayağa
dəmir ledi olmaqdan qorxmurlar!

 

Ulduzlu gecə

Dizaynerlər
ulduzlar kimi bərq vurmaq istəyənləri də unutmayıb. Əgər brilyantların
parıltısı kifayət etmirsə, onda zərli, biserli donlar sizin dadınıza
çatacaq. Zər və biser detalı tək geyimlərdə yox, digər aksessuarlarda da
qarşımıza çıxacaq. "Disko" üslubunda tədbirlər üçün ideal variantdır!

 

Çimərlik mövsümü

Kimin
ağlına gələrdi ki, çimərlik paltarı mövsümün əsas tendensiyası olacaq.
Amma fakt göz qabağındadır! Əlbəttə, belə geyimləri küçəyə çıxanda
geyinmək olmaz. Çimərlik mövsümündə bikini əvəzinə kupalnik seçin.

 

Tor

Torlar
yaz kolleksiyalarını bəzəməyə, eləcə də qadın seksuallığını vurğulamağa
davam edir. Bu mövsüm torların populyar olacağı gözlənilir. Bayağı
görünməmək üçün torun altından geyinməyə düzgün geyim seçin.

 

Bütün yükü qulaqlar "daşıyacaq”

Bu
bahar bütün yük qulaqların üzərinə düşüb. İndi dizaynerlər sırğaların
daha böyük modellərini təklif edir. Biz isə öz növbəmizdə qulaqları
təhlükəyə atmağı məsləhət görmürük. Bu dəb tendensiyasını gündəlik
paltarlar ilə tətbiq etməyin. İri sırğaları axşam tədbirlərində taxmaq
daha məqsədəuyğun olacaq.

 

Açıq siyasət

Üstü açıq ayaqqabılar da baharın trendləri siyahısına daxildir. Onların yüngül yay geyimlər ilə dueti mükəmməldir.

 

Qırçın detalı

Qırçın
yubka və donlar hələ də populyardır. Ötən ildən fərqli olaraq
dizaynerlər bu il qırçınlı ətəkləri daha çəkici rənglərdə təqdim
ediblər.

 

Qeyri-adi köynəklər

Hamımız
yaxşı bilirik ki, ağ köynəklər qarderobun klassik əşyasıdır.  Onlar bu
mövsüm xeyli dəyişikliyə məruz qalıb. Qeyri-ənənəvi tərzdə biçilmiş
köynəklər bu il ən orijinal trend olmağa iddialıdır. Düymələri kürəkdə
bağlanan köynəkləri geyinmək üçün çılğınlıq tələb olunur.

 

Xalta boyunbağılar

 

Boyunu
ehtiyatla "qucaqlayan” boyunbağılar bu ilin ən çox tələb olunan
aksessuarı olacaq. Belə aksessuarın qalın və ya nazikliyinə sizin
boynunuzun uzunluğu qərar verəcək. Əgər boynunuz gödəkdirsə, nazik
boyunbağı seçin. Yox, uzundursa, onda boyunbağının qalın və ya nazik
olmasının ciddi əhəmiyyəti yoxdur.

 

Bantlar

Bantlar
baharın  ən xoşagəlimli trendləri siyahısında liderlik edir. Qeyd etmək
lazımdır ki, bantın qalın və nazik olmasına siz yox, boynunuzun ölçüsü
qərar verəcək.

 

Alçaq daban

Hündürdaban
ayaqqabılara nifrət edənləri təbrik edə bilərik. Bu mövsüm alçaq
dabanlı ayaqqabılar hakimiyyətdə olacaq. Dikdaban həvəskarları isə
üzülməsin. Çünki dizaynerləri onları nəzərə alıb orta dabanlı modellər
də təklif edib.

 

Saç aksessuarı

İsti
günlərdə gur saçlarınızı şlyapa altında gizlətmək istəmirsinizsə,
"abadok” taxın. Bər-bəzəkli saçlar bu bahar aktual olacaq.

 

Qeyd:
Mağazada dəbdə olan hər hansı geyimi alanda özünüzə həmişə belə suallar
verməyə çalışın: Bu əşya mənim qarderobumda mövcud olan geyimlərlə necə
görünəcək? Görəsən, o, bədən quruluşuma uyğundurmu? Ancaq bu suallara
cavab tapandan sonra bəyəndiyiniz geyimi alınскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!