Epilyasiya zamanı ağrı hiss etmək istəmirsinizsə...

Epilyasiya zamanı ağrı hiss etmək istəmirsinizsə...
Gözəllik sirləri
10.09.2017 31
Tüklərdən
xilas olmağın bir neçə üsulu var. Ən ucuz və tez başa gələn variantı
mum epilyasiyasıdır. Mum epilyasiyası ən sadə, ən effektli və ən qədim
üsullardan biridir. Kosmetologiyada yeni texnologiyalar əldə edilsə də,
mum epilyasiyası hələ də aktual olaraq qalır. Prosedur zamanı soyuq,
ilıq və isti mumlardan istifadə olunur. Həmin mum tüklərin olduğu hər
hansı bir zonanın üzərinə yaxılır və bir neçə saniyədən sonra sürətlə
(birdən) qoparılır.

 

Menstruasiya dövründən sonra edin. Əgər qalan həftələrdə edilərsə, ağrı daha şiddətli hiss edilir.

 

Yapışqan
kağızı dəridən bir anda qoparanda ağrı barədə düşünməyin, başqa
xəyallar qurun. Onda ağrı o qədər də güclü hiss edilmir.

 

Mum
epilyasiyasından əgər ilk dəfə istifadə edirsinizsə, bədənin bütün
nahiyələrinə tətbiq etməyin. Bir qolunuzu bir gün təmizləyin, o biri
qolu isə sabaha saxlayın.

 

Ölü
dərilərdən xilas olun. Mum üsulunu tətbiq etməzdən bir gün əvvəl duş
qəbul edin. Dərinin ən üst təbəqəsində toplanmış ölü dərilərdən xilas
olmaq üçün yaxşıca kisələnin.

Ağrıkəsici istifadə edin. Mum epilyasiyasını tətbiq etməzdən əvvəl ağrıkəsici istifadə etsəniz, ağrının şiddəti azalacaq.

 

Nəfəs
alıb verin. Qadınlar bu prosedur zamanı qorxudan nəfəsi tutub saxlayır.
Ancaq yadda saxlayın ki, nəfəs alıb vermək ağrını yüngülləşdirir.
Yapışqan kağızı çəkməzdən əvvəl dərindən nəfəs alın, çəkərkən isə verin.

 

Həssas bölgələrdə daha ehtiyatlı olun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!