Mən baharın qızıyam: stil təklifləri

Mən baharın qızıyam: stil təklifləri
Gözəllik sirləri
10.09.2017 10
Nəcib bənövşəyi, zərif çəhrayı, şaftalı, nanə, mavi rəngləri məhz bahar üçün yaradılıb.

  

İdeal
bahar obrazının yaradılmasında seçdiyiniz geyimin pambıq, krujeva,
şifon, ipək kimi yüngül və rahat materialdan olması əsas tutulur. İkinci
yerdə isə paltarın rəngi gəlir. Yadda saxlayın ki, yaz qarderobu sizdən
mövsümün günəşli yaz havasına uyğun gələn, əhvalı qaldıran açıq rəng
çalarları tələb edir.

 

Açıq bənövşəyi çanta və ya palto romantik gəzintilər üçün ən yaxşı seçimdir.

 

Obrazın
darıxdırıcı alınmaması üçün kontrast çalarları birləşdirin. Nanə ilə
şaftalı yaxşı dost olacaq, soyuq mavi ilə limon sarısı mükəmməl uyğunluq
təşkil edəcək, bənövşəyi ilə yaşılın da harmoniyası maraqlı alınacaq.

 

Bir dəstdə bir neçə qohum çaları birləşdirməkdən qorxmayın.

 

Klassik bej çalarları həm işgüzar görüşlər, həm də xoş bahar günlərində gəzinti üçün ideal alınacaq.

 

Nanə rəngli kəşmir palto və ya plaş sərin yaz günlərində sizi soyuqda qoruyacaq, amma yoldan ötənləri məftun edəcək.

 

Zərif çəhrayı uzun plaş hündürboy qızlara əla yaraşacaq, səliqəli saç düzümü ilə torba çanta isə obrazı daha ahəngdar edəcək.

 

Bahar
dəbindən danışırıqsa, gül-çiçək motivlərini unutmaq günah olardı.
Gül-çiçək şəkilləri, naxışları ilə işlənmiş don və ya ətəklə diqqətdən
kənarda qalmaq mümkün deyil.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!