Hündürboy görünmək istəyənlər sınasın

Hündürboy görünmək istəyənlər sınasın
Gözəllik sirləri
10.09.2017 14
Əlbəttə
ki, hündür boy hər kəsə qismət olmur. Qadınların çoxu bunu özünə
kompleks edir, bəziləri gözəlliyini alçaq boyu ilə də vurğulaya
biləcəyini düşünür, digərləri isə boyunu hündür göstərməyin yollarını
axtarır. Bunun ilk ağıla gələn yolu hündür dabanlı ayaqqabı geyinməkdir.
Lakin bununla yanaşı, geyimlərinizlə də hündür boylu təəssüratı yarada
bilərsiniz.



Qadınlar.Biz boyunun kifayət qədər hündür olmadığını düşünənlər üçün çıxış yollarını təqdim edir.



V yaxalı koftalar

Sinə
dekolteniz nə qədər dərindirsə, bədəninizin yuxarı hissəsi bir o qədər
uzun və incə görünəcək. Bununla bərabər, dekolte və koftalarınızın
boynunun V şəkilli olması da işinizə yarayacaq.



Monoxrom

Tək rəng geyinmək şaquli bir xətt yaradaraq, gözü yanıldacak və sizi daha uzun boylu göstərəcək.



Kapri geyinməyin

Cins
şalvarlar sizin üçün qısa təəssüratı yaradır. Biləklər qıçların ən incə
hissəsi olduğu üçün sizi incə də göstərir. Ancaq şalvarınızın boyu çox
əhəmiyyətlidir. Qətiliklə kapri geyimlər seçməyin. Yalnız biləyinizin
görünməsi kifayətdir.



Şalvarın ayaqlarını qatlamaq

Normal
boydakı şalvarlarınızın ayaqlarını 1-2 dəfə qatlayın. Bu şərtlə ki,
yalnız biləkləriniz görünsün. Bu da sizi hündür göstərəcək.



Balağı enli şalvarlar

Aşağıya
doğru getdikcə enlənən şalvarlar qıçlarınızın daha uzun olması
təəssüratını verəcək. Lakin bu şərtlə ki, şalvarın beli göbəkdən yuxarı
olsun. Bu halda koftanızın şalvarın başladığı yerdə bitməsi lazımdır.



Qısa ətək

Əgər
boyunuz qısadırsa, ətəyinizin boyu ya çox uzun, ya çox qısa olmalıdır.
Lap qısa ətəklər artıqlaması ilə bədəni nümayiş etdirdiyi üçün daha uzun
qıçalara sahib olduğunuz təəssüratını yaradacaq.



İti uclu ayaqqabılar

Əgər
hər gün dikdaban ayaqqabı giyinmək istəmirsinizsə, o zaman özünüzə bir
cüt iti uclu ayaqqabı alın. Bu forma qıçlarınızı daha uzun göstərəcək.



Çantaları kiçildin

Akssesuarlarınızı
bədəninizə görə seçməyə diqqət edin. Məsələn, böyük çantalardan xilas
olmağa başlayın. Çantalarınızın kiçik olması da sizin boyunuzun hündür
olmasına təsir edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!