Qol altı qaralmaların həll yolları

Qol altı qaralmaların həll yolları
Gözəllik sirləri
10.09.2017 51
Qadınların
ən böyük problemlərindən biri məhz qol altı qaralmalardır. Çünki
estetik gözəlliyə kölgə salan və çirkin görünən bir vəziyyətdir. Qolsuz
bir paltar geyindikdə qol altındakı qaralmalar çox pis görünür. Bəs bunu
aradan qaldırıb qüsursuz gözəlliyə sahib olmaq üçün nə etmək lazımdır?
Havalar istiləşməyə başlayır, şkafın gözündən qolu açıq
geyimlərimizi çıxarmağın zamanı yavaş-yavaş gəlir. Qolu açıq
geyimlərinizi rahatlıqla, heç bir kompleks olmadan geyinməyiniz üçün
sizə qol altı qaralmaları aradan qaldırmaq üçün təbii həll
yolları təqdim edirik.



Qol altı qaralmasının səbəbləri

Qoltuq altı bir çox səbəblərdən  tünd rəngdə ola bilər:

Tər əlehinə olan vasitələrin tərkibindəki kimyəvi vasitələr qol altının rənginin tündləşməsinə səbəb ola bilər.

Qol altı tüklərin ülgüc kimi vasitələrlə tez-tez təmizlənməsi nəticəsində tündləşmə baş verə bilər.

Çox tərləyən insanların qoltuq altları da tündləşir.

Qol altının ağartmağın yolları

Qol
altını ağartmağın müxtəlif çarələri var. Amma ən yaxşı çarələr məhz
təbii olanlardır. Bu məqsədlə limon, xiyar suyu daha yaxşı həll yolu ola
bilər. Amma başqa həll yolları da var ki, sizin köməyinizə gələ bilər.

Soda: Demək
olar ki, bütün mətbəxlərdə olan qida sodası qolaltını ağartmaq üçün
olan vasitələrdəndir. İstifadə edərkən qolaltını zədələməz və əks
reaksiyaya səbəb olmaz. Bir pambığa sodanı əlavə edərək qol altınızı
silə bilərsiniz.

Qabartma tozu və su: Qol
altınızı fırçalamaq üçün qabartma tozu və su istifadə edə
bilərsiniz. Gündəlik olaraq qol altınızı fırçalasanız həm bu hissədəki
dəri rənginizi aça bilərsiniz, həm də, dərinizi ölü hüceyrələrdən
təmizləmiş olarsınız. Eyni zamanda qabartma tozu, un, limon suyu
və sarıkökün qarışığından alınan həlim də, işinizə yaraya bilər. Bu
qarışımı qol altınıza çəkib quruyana qədər gözləyirsiniz və sonra soyuq
su ilə yuyursunuz.

Qabartma tozu və limon suyu: Limon
qabartma tozu ilə dəri rəngini açır. Onları qarışdırın, məcun halına
salın. Sonra qoltuq altına çəkin, bir neçə dəqiqə saxladıqdan sonra ilıq
su ilə yuyun.

Qabartma tozu və gül suyu: Gül
suyu ilə qabartma tozunu qarışdıraraq qalın bir məcun əldə edin. Qoltuq
altına çəkdikdən sonra qurumasını gözləyin. Quruduqdan sonra ilə ilıq
su ilə təmiz yuyun.

Təqdim
etdiyimiz bu vasitələrdən hər hansı birini etsəniz yaxşı nəticə əldə
edəcək, estetik cəhətdən dərinizin gözəlliyini pozan problemdən azad
olacaqsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!