Kipriklərin oxdur, qaşın kamandır

Kipriklərin oxdur, qaşın kamandır
Gözəllik sirləri
10.09.2017 50
Qüsursuz
baxışlar üçün gözəl gözlərlə yanaşı gözəl kirpik və qaşlara da sahib
olmalıyıq. Qaşlarımız və kirpiklərimiz üzümüzün ifadəsini, formasını
tamamilə dəyişdirən əsas amillərdəndir. Son zamanlar qızıl dövrünü
yaşayan qalın qaşlara daha çox üstünlük verilir, gur qaşlara sahib olmaq
üçün də müxtəlif üsullar axtarılır. Payız və qışın soyuq hava
şəraitindən aslı olaraq qaşlarımız seyrəkləşir,  tökülməyə başlayır və
eyni zamanda da qabıqlanmalar olur. Bütün bunların qarşısını almaq isə
öz əlimizdədir! Foxy siz xanımlara bunun üçün təbii
qulluq məsləhətlərini təqdim edir: 

Təbii
və xüsusilə də bitki yağlarının sayəsində qaşlarımıza, kirpiklərimizə
gözəl görünüş bəxş edə bilərik. Bu yazımızda bizim də qaş və
kirpiklərimizə tətbiq etdiyimiz sadə, bir o qədər də təsirli qulluq
üsullarını sizinlə bölüşmək istəyirik. Bu üsulla siz də qaşlarınızı və
kirpiklərinizi payız və qışın mənfi təsirindən qoruyaraq tezliklə
sağlam, gur qaş və kirpiklərə sahib olacaqsınız. 

Hər
gecə yatmazdan əvvəl üzünüzə nəmləndirici krem çəkməyi unutmayın. Çünki
dərimiz gecələr nəmlilik dərəcəsini itirir, quruyur və qurumalardan
qaşlarımız da təsirlənir, qabıqlayır. Nəmləndirici kremdən sonra isə bir
diş sarımsağı ortadan bölüb qaşlara 3-4 dəfə çəkin, 30
dəqiqə gözləyin. Badam və hind qozu yağları da bu işdə sizə kömək
olacaq. Bu yağlar tükləri gücləndirir, parlaqlaşdırır və gurlaşdırır.
Qalın qaşlar və sıx kirpiklərə bu yağların sayəsində də
sahib olacaqsınız. Kiçik bir qabda badam və hind qozu yağlarını eyni
miqdarda qarışdırırıq. Qulaq təmizləyən çubuğu həmin qarışıma batırıb,
sarımsaq çəkdiyiniz qaşlarınıza çəkirsiniz. Kirpiklər üçün isə bitmiş
eyeliner və tuş qablarını yuyub, qurudun. Və bu qarışımdan həmin
qablardan birinə tökün. Daha sonra isə kirpiklərinizə çəkin. Bu üsulla
qalın, parlaq, sıx qaşlara və kirpiklərə sahib olacaqsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!