Cəlbedici görünmək üçün suya bir az darçın əlavə edin!

Cəlbedici görünmək üçün suya bir az darçın əlavə edin!
Gözəllik sirləri
10.09.2017 24
İstər
qış, istərsə də yay aylarında dəridə dartılmalar, qaşıntı və qabıq
verib tökülmələr baş verir. Eyni zamanda da sızanaqlar yaranır ki, bu da
problemləri artırır. Bəs bu problemlərin qarşısını almaq üçün nələr
etmək olar? 
Bütün
bu problemlərin qarşısını almaq üçün sağlam qidalanma üzrə
mütəxəssislər bol miqdarda su içməyi məsləhət görürlər. Hüceyrələrin
yarısından çoxunun su ilə dolu olması səbəbilə üz dərisindəki
hüceyrələrin də yetərincə sağlam olması üçün suya ehtiyacı var. 
Zədələnən dəri üçün tövsiyələr
İsti
havalarda günəşin zərərli şüalarının, soyuq havalarda isə küləyin,
soyuğun, şaxtanın təsirindən dəridəki problemlər gözlə görüləcək qədər
artır. Bu səbəbdən zədələnən dəri özünü su ilə bərpa edir. Su dərinin
nəm balansını qorumağa kömək edir. Suslamısınız ya yox, fərq etməz
– mütləq davamlı olaraq su için. Bunu vərdiş halına gətirin. Hər nahar
arasında bir stəkan su için. Bu həm sizin orqanizminizi təmizləyəcək,
həm də ki, dərinin nəmliyini özünə qaytaracaq. 
Lakin
bəzilərimiz də düşünürük ki, axı nə qədər su içmək olar?! Adi su
içməkdən yoruluruq. Narahat olmayın bunun də çıxış yolu var. Su içməyi
özünüz üçün həm sağlam bir vasitəyə, həm də ki, əyləncəyə çevirə
bilərsiniz. 
Suyun
içinə müxtəlif vasitələr əlavə etməklə siz özünüzdə suya qarşı vərdişi
asanlıqla yarada bilərsiniz. Misal üçün, suyunuzun içinə dondurucuda
dondurulan limon qabığı və ya limon dilimi ataraq ona dad, canlılıq verə
bilərsiniz, çiçəklər əlavə edib suyu xoş ətirli etmək olar, qara
çay əvəzinə su ilə birlikdə razyana, nana, cəfəri və bu kimi digər
bitki-meyvələrin çayını içmək olar. 
Amma
suya əlavə edilən ən vacib ədviyyatlardan biri darçındır. Darçın
suyunuza xoş ətir bəxş edib sizi bihuş etməklə yanaşı, sağlamlıq
baxımında da sizə fayda verəcək. Ən vacibi isə hər gün suyunuza bir
parça darçın çubuğu atsanız cəlbedici görünüş əldə edəcəksiniz.
Üzünüzdəki sızanaqlar azalacaq, dəriniz canlı və parlaq olacaq. Çünki
darçın sizin orqanizminizi daxildən təmizləyəcək, onu bərpa edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!