Qarın bölgəsindəki piylənməyə səbəb 7 vərdiş

Qarın bölgəsindəki piylənməyə səbəb 7 vərdiş
Gözəllik sirləri
10.09.2017 37
Əksəriyyətimiz
daha çox qarın hissədəki piylənmədən şikayət edirik. Bunun müxtəlif
səbəbləri olsa da, bu dəfə sizin üçün 7 vərdişi araşdırdıq. Siz də
oturanda qat-qat olan qarnınızdan yaxa qurtarmaq istəyirsinizsə bu 7
vərdişinizə əlvida deməlisiniz. 
Qazlı sular içirsiniz?
Araşdırmaçılara
görə gündə 2 şüşə qazlı su içmək bel bölgəsini 1 dəfə qazlı su içənlərə
nisbətən iki qat genişlədir. Xüsusi dadlar qatılmış qazlı sular isə
çıxış yolu deyil. Çünki bu cür içkilərin içindəki xüsusi dadlar şəkər
kimi tez acmağınıza gətirib çıxarır. Əgər gün ərzində sulu nələrsə içmək
istəyirsinizsə yeni sıxılmış meyvə, tərəvəz sularını və ya smuziləri
seçə bilərsiniz.

Yemək yeyərkən böyük boşqablar istifadə etmək qarın bölgənizin daha da kökəldir.
Boşqabınız
nə qədər böyük olarsa, onun içərisindəki yeməklər də bir o qədər kiçik
görünəcək və sizi yanıldacaq. Daha çox yemək çəkməyə yönləndirəcək. Amma
bu zəncirləmə təsirdən uzaq olmaq üçün kiçik və ya orta boy boşqablar
istifadə etməyə üstünlük verin.
Orqanizmimiz
gecə biz yatdığımız zaman kalori xərcləyir və yediklərimizin həzmini
həyata keçirdir. Amma gecə yemək yeyib yatdıqda isə bu proses baş vermir
və nəticədə qarın bölgəmizdə piylənmə baş verir.
Eləcə
də, yemək yedikdən sonra həmin an yatmaq həzmsizlik və asid turşusunun
yaranmasına səbəb olur. Gecələri çox "light” qidalar qəbul etməyə və
aclığınız keçmirsə meyvə yeməyə diqqət edin. Beləliklə də, gecə yemək
yediyiniz zaman onun verdiyi zərərin qarşısını ala bilərsiniz.

Özünüzü üzgün və ya hirsli hiss etdiyiniz zaman qamburger və ya kartof qızartması yeməyə təslim olmayın!
Belə
olduqda özünüzü xoşbəxt hiss etməyəcəksiniz və qarın hissədəki qatlara
biri də əlavə olunacaq. Stressinizi atmaq üçün 1 stəkan su içməli, qısa
bir gəzinti etməli və yaxud da dostlarınızla telefonda söhbətləşə
bilərsiniz.

Zeytun, günəbaxan və qarğıdalı kimi doymuş yağlar qarın bölgənizdəki piyləri əritməkdə çox işə yarayır.
Bəzi
insanlar düşünür ki, yağlı qida və içkilər qarın bölgəmizdə piylənmə
yaradır. Amma bu, belə deyil. Zeytun, günəbaxan və qarğıdalı kimi doymuş
yağlar əks təsir göstərərək o yağların əriməsinə kömək edir.
Problemli yuxu qarnınızda piylərin toplanmasına səbəb olur.
Yetişgin
insanlar üçün mükəmməl yuxu 9 və 7 saat arasında olmalıdır.
Yatmadığınızda stress hormonu olan kortizolun səviyyəsində artma olur və
bu da sizi şirniyyat yeməyə yönləndirir. Stress hormonunun səviyyəsini
nəzarətdə saxlamaq üçün gecə yuxularınızı qaydasına salın. Yuxunuz
qaydasına düşdükdə və kortizol səviyyəniz normasında olduqda iştahanızı
da nəzarət altına alan leptin hormonunu da balanslaşdıracaqsınız.

Düzgün qidalanma vərdişində zülallara çox yer verməmək qarın bölgəsində yağ toplanmasına səbəb olur.
Sağlam
yetişgin insanların qəbul etmələri lazım olan zülalın gündəlik miqdarı
20-25 qram olmalıdır. Gündəlik qəbul edilən zülalın miqdarı gün ərzində
edilən aktivliklər və oqranizminizə də bağlıdır. Daha çox zülal qəbul
edərkən qan şəkəri səviyyənizi balanlaşdırarkən insulin səviyyənizi də
düşürərək metabolizma sürətinizi də artıra bilərsiniz. Amma zülal
iştahanızı artıran hormonlarınızı da nəzarət altına alır və təbii olaraq
arıqlamağa başlayırsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!