Ev şəraitində hazırlanan gənclik eliksiri

Ev şəraitində hazırlanan gənclik eliksiri
Gözəllik sirləri
10.09.2017 6
Dəriyə
qulluq vasitələrindən ən təsirlisi, eyni zamanda, ən bahalısı
zərdablardır. Zərdablar, əsasən, üzdəki qırışları açmaq, dərinin
elastikliyini artımaq və dəri hüceyrələrini yeniləmək üçün nəzərdə
tutulur. Ancaq bunları ev şəraitində də hazırlamaq olar. 

Qadınlar.biz sizin üçün ən effektli zərdablardan birinin reseptini təqdim edir: 



Tərkibi:

- 14 ml itburnu yağı 

- 7 ml jojoba yağı 

- 7 ml nar yağı 

- 1 kapsul və ya yarım çay qaşığı E vitamini yağı 

- 10 damcı lavanda yağı 

- 6 damcı sardiniya çiçəyinin yağı 

- 3 damcı yerkökü toxumu yağı 

- 2 damcı portağal çiçəyi yağı 



Hazırlanması:

Yağları
növbə ilə tünd rəngli şüşə qabın içərisinə tökün. Şüşənin qapağını
bağlayıb yaxşıca bərkidin. Daha sonra 1-2 dəqiqə çalxalayaraq yağların
bir-birinə qarışmasını təmin edin. Sərin və qaranlıq yerdə 1 gün
saxlayın. Hər dəfə istifadə etməzdən öncə çalxalayın. Həmin zərdabı 6 ay
saxlaya bilərsiniz. 



Tətbiqi:

Ovcunuzun
içərisinə 2-4 damcı zərdab tökərək əllərinizi ovuşdurun. Göz ətrafı
istisna olmaqla, üz və boyun bölgəsinə çəkin. Masaj edərək zərdabı
dəriyə yedizdirin. 5-10 dəqiqə gözlədikdən sonra hər gün istifadə
etdiyiniz nəmləndirici kreminizi çəkin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!