Mətbəxtinizdəki gözəllik vasitələri

Mətbəxtinizdəki gözəllik vasitələri
Gözəllik sirləri
10.09.2017 9
Fendən zədələnən saçlar

Saçlarınız
fenlə şəkilləndirdiyiniz və qurutduğunuz zaman sərtləşir; zədələnir.
Günəşdən, küləkdən, boyalardan və bəzi şampunların təsirindən də
saçlarımız xoşagəlməz görüntü ala bilir. Canlı, parlaq görüntü, tez
uzanması və sağlam saç dərisi üçün Hind qozu yağından istifadə edin. 4
çay qaşığı Hind qozu yağının içinə 4 damcı çay ağacı yağı 4 damcı
bibəriyyə yağı tökün və qarışdırın. Baş dərinizi və saçlarınızı bu
maskala ovuşdurun. Streçlə başınızı bağlayın. 20 dəqiqə sonra şampunla
yuyun. Hind qozu yağı kəpəyin də qarşısını alır. Saçın daha tez uzadır
və saçlara parlaqlıq verir.



Sivilcələrə qarşı soda və limon

Üzünüzdə
sizi narahat edən sivilcələr üçün limon və sodadan kömək alın. 2 yemək
qaşığı sodaya 1 çay qaşığı limon suyu əlavə edin. Xəmir formasına gələnə
qədər qarışdırın. Göz ətrafı və ağız istisna olmaqla üz dərinizə
sürtün. Maska qaşıntı və qızarıqlara səbəb ola bilər. Üz dərinizin
həssaslığından asılı olaraq 10 və ya 20 dəqiqə dərinizdə saxlayın. Sonra
ilıq su ilə yuyun. Həftədə iki dəfə bu maskanı edə bilərsiniz.
Sivilcələr 4 həftə sonra azalacaq və ya tamamilə yox olacaq.



Üz üçün tonik

Qurudulmuş
çobanyastığı və cökə çiçəklərindən üzünüz üçün tonik hazırlaya
bilərsiniz: 5 qram cökə çiçəyi, 5 qram çobanyastığl çiçəyinin üzərinə
qaynar su tökün və içinə bir neçə dənə quru qərənfil əlavə edin. 8-10
dəqiqə dəmləyin. Dəmləməyə bir çay qaşığı limon suyu əlavə
edin.  Tülbentten geçirerek süzün ve bir çay kaşığı limon suyu ekleyin.
Təbii toniklə axşamları üzünüzü təmizləyin. Soyuducuda 1 həftə saxlaya
bilərsiniz.



Çiyələkli anti-aging

Müalicəvi
vanna üçün 3 damcı çiyələk ətirli aromaterapi yağını və 2 çay qaşığı
çiyələk ətirli hamam duzunu əlavə edin. ( bəzi hamam duzları təsirlərini
artırmaq üçün efir əsaslı yağlarla kombin edilir) 

Bu
qarışıqlarla vannada dəriniz canlanacaq və yenilənəcək. Dəniz duzunun
tərkibindəki təbii minerallar sayəsində dəri özü-özünü yeniləyir.
Çiyələk yağı isə yüksək E vitamini, omega yağı, oleik asit və buna
bənzər antioksidantlar dərinin yaşlanmasının qarşısını alır, anti-aging
təsiri yaradır. Quruluğa, çatlamaya qarşı çox effektivdir. Çiyələk
ətirli vannanı həftədə bir dəfə edə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!