Xanım,neçə yaşınız var?

Xanım,neçə yaşınız var?
Gözəllik sirləri
10.09.2017 24
Müəyyən
yaşdan sonra bu sualda düşmən münasibəti görməyə başlayırsan. Zamanın
axınına qarşı getmək mümkün deyil, amma bəzi hiylələri bilməklə daha
cavan görünmək olar. Məncə, hər bir xanımın həyatında yaşından cavan və
ya yaşlı görünmək istədiyi vaxtlar olur. 15 yaşımda olarkən 30 yaşlı
qadınlara müdriklik etalonu və gözəllik nümunəsi kimi baxır, həmin yaşa
çatmağı arzulayırdım. İndi isə 30-a doğru yol aldığım zamanda illərin
görkəmimə yalnız müdriklik və gözəl zövq əlavə etməsini diləyirəm. Ona
görə də saytın Baş Redaktoru Xəyalə xanım məndən yaş amili barədə bir
yazı istəyəndə beynimdə bütün sujeti canlandırmağa başladım.

"Qoca
arvada oxşamıram ki?”, "Bax-gör, bu don məni çox yaşlı göstərir?”.Tanış
gəlir? 30-dan sonra bu məsələ çoxumuzu düşündürür. Bəzən özümüz də
bilmədən yaşımızın üzərinə bir neçə il əlavə edirik. Bəzi rəfiqələrim
artıq 25-də yaşlı görünməkdən ehtiyat etməyə başlayıb. Həqiqətən də,
düşünmürəm ki, kimsə bu mövzuya barmaqarası yanaşa bilər. Ona görə də
bizi yaşlı göstərən bəzi geyim xətalarını bir araya toplamağa çalışdım.
Burada yazılanların üzərinə daha bir neçəsini əlavə edə və ya
ümumiyyətlə razılaşmaya bilərsiniz, seçim sizindir.



Bədənini tanımamaq

Dünyada
iki tip qadın var: özünü vaxtından tez qocaldanlar və heç cür yaşını
qəbul etmək istəməyənlər. Birincilər çox tez uzun ətəklər, klassik
kardiganlar və boş şalvarlara keçir, ikinciləri isə qısa donlar,
parıltılı pencəklər və hədsiz hündür ayaqqabılardan 50-də də çəkindirmək
olmur. Bir də istənilən yaşda bədənini tanımadan geyinənlər var.
Hansının daha pis olduğunu demək çətindir. Bir o dəqiqdir ki, bununla
barışmaq lazım deyil. Vaxtından əvvəl "bağlanmaq” və özünü nümayişə
çıxarmaq arasında yeganə çıxış yolu dəbli və tərzli geyinməkdir. 16
yaşındakı qızlar kimi, qısa ətək geyinib işə gəlirsənsə, birmənalı
münasibətə ümid etməsən yaxşıdır. İdeal ayaqların, zərif bədənin olsa, o
qısa ətək sənə heç kimə yaraşmadığı qədər yaraşsa da yaş amili bu gözəl
obrazı kölgədə qoymağı bacaracaq. Dəbli ətəklər, trenddə olan
ayaqqabılar diqqəti yaşına deyil, zövqünə çəkəcək və hətta yaşca kiçik
olanlar da obrazını təkrarlamağa çalışacaq.

Olar - 





Olmaz -





Trendləri düzgün anlamamaq

Bəli,
tendensiyalardan azca da olsun baş açan istənilən şəxs deyə bilər ki,
retro geyim tərzi dəbdədir. Amma bu o demək deyil ki, özünü əntiq
mağazasından qaçmış eksponata bənzətməlisən. Keçən günlərdə Bakıda
keçirilən dəb nümayişlərində bir xanıma rastladım. Hədsiz makiyaj, enli
şlyapa, həcmli ətək, qalın layner – bir sözlə, filmlərdə gördüyümüz
klassik retro obraz yaratmışdı! Hər zaman bir qızıl qaydanı yadda
saxlamaqda fayda var: dəstləşdirmək artıq dəbdə deyil! Köhnə obrazları
təkrarlamaq yox, bir-birilə kontrast təşkil edən, uyuşmayan geyimləri
daşımaq nə qədər dəbli olduğundan xəbər verir. Geyimində retro
elementlərdən istifadə etmək istəyirsənsə, onları müasir geyim
tendensiyaları ilə qarışdırmağa çalış. Və çox xahiş edirəm, az makiyaj
et. Cavanlıq və təravətin bir nömrəli "düşmən”i qalın tonal qatıdır.



Olmaz - 





Olar -





Tvid geyimlər

Chanel
məni bağışlasın, amma həqiqətən də tvid geyimləri dəstləşdirərkən çox
diqqətli olmaq lazımdır. Başdan-ayağa tvid geyimə bürünmək isə +10 yaş
effektinə imza atmağa bərabərdir. Şəxsən mən, tvidləri çox sevirəm, amma
əminəm ki, onları ümumi obrazda bir dəfə istifadə etmək lazımdır. Yəni
əgər tvidlərin pərəstişkarısansa, onları "təkləməyə” çalış, cins şalvar,
nazik T-shirt, dəbli ayaqqabı ilə dəstləşdir, daha gündəlik obraz
yarat.



Olmaz -





Olar -





Nənəmin ayaqqabısı

Hündürdaban
ayaqqabını ilk dəfə mütəmadi olaraq universitetin birinci kursunda
oxuyarkən geyinməyə başlamışam. Əvvəl-əvvəl onlar mənə özünəəminlik bəxş
etsə də, çox keçmədi ki, ayaq ağrısı və yaralardan başqa heç nəyi
görməz oldum. Odur ki, onları gündəlik qarderobumdan çıxarıb atmaq
qərarına gəldim. Sözümün canı ondadır ki, rahatlığını ön plana
keçirməyin normaldır, amma bu sənə iyrənc ayaqqabılar geyinməyə haqq
vermir. Buna ehtiyac da yoxdur. İndi demək olar, bütün brend mağazalar
fərqli dizaynlı rahat ayaqqabılar istehsal edir. Asanlıqla özünə uyğun
olan, ətrafdakıların isə ayaqqabı zövqünü korlamayacaq modellər seçə
bilərsən.



Olmaz -





Olar -





Altda qalanlar

Qadının
real yaşını amansızcasına "üzünə vuran” üç nahiyə var: əllər, boyun və
sinə! Onlara hər zaman xüsusi qulluq tələb olunur. Chanel demiş, sinən
sənin xarici passportundur. Məhz buna görə də büstqalter seçimini ikinci
plana keçirməyi məsləhət görməzdim. Təcrübə göstərir ki, 10 qadından
8-i alt paltarı seçərkən səhvə yol verir. Əksəriyyətimiz alt geyimini
önəmsəmir, yüz ildə bir dəfə hansını gəldi seçir və onu hər şeylə
geyinirik. Digərləri üçün alt paltarı seçimi yanlız rənglə eksperiment
kimi qarşılanır. Amma nəzərə almaq lazımdır ki, büstqalterləri il-ildən
formasına və funksiyasına görə dəyişmək lazımdır. Məhz səhv seçilmiş
büsthalter ucbatından sinən illərlə daha çox sallana və gözəlliyini
itirə bilər. Üstəlik, əyninə ideal uyğun büstqalter səni daha qamətli,
əynindəki geyimi daha gözəl, yaşını isə daha az göstərir. Seçimindən
əmin deyilsənsə, satıcı-konsultantların köməyini istəməkdən çəkinmə.







Səhv seçilən cins şalvar

Xalq
arasında "beli aşağı model” kimi tanınan cins şalvarları boykot etmək
lazımdır! Ciddi sözümdür! Yaş artdıqca yediyin bütün artıq kilolar omba
hissəndə toplanır. Beli çox aşağı olan cinslər isə bu faktı nümayiş
etdirməkdə bir nömrəli vasitədir. Bir məsələni də unutma ki, cins şalvar
ikinci dəri, ideal saç və tonal kremi rəngi qədər vacibdir. Ucuz
cinslərə qaçma, əyninə ideal oturanı seçməyə çalış. Çünki cins geyimlər
heç vaxt dəbdən düşmür və uzun müddət bizə xidmət edir.



Olar -





Olmaz -





Yanlış çanta seçimi

Qızlar,
çanta dəbi çox sürətlə olmasa da, istənilən halda dəyişir. Aylarla pul
yığıb aldığın o bahalı, brend çanta da nə zamansa dəbdən düşəcək (dəbdən
düşməsə də gözündən düşəcək). Bir halda ki, çantanın köhnəldiyini özün
də anlayırsan, onu gələcək nəsillərə nümayiş etdirmək üçün qutuya
yerləşdir və qarderobunun bir küncündə gizlət. İnan mənə, əgər vaxtı
yetişibsə, ona nə qədər pul verdiyin heç kimin vecinə olmayacaq. Ona
görə də mən hər zaman dəbli demokratik brendlərin aksessuarlarını
dəstəkləyirəm. Çünki həqiqətən də geyimə nə qədər pul ödədiyin deyil, nə
dərəcədə dəbli görünməyin vacibdir.



Olar -





Olmaz - скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!