1 həftə ərzində xəyalınızdakı vücuda sahib olun

1 həftə ərzində xəyalınızdakı vücuda sahib olun
Gözəllik sirləri
10.09.2017 36
1
həftə ərzində xəyalınızdakı vücuda sahib olmaq və yay sezonuna gözəl
formada girmək mümkündür. Diyet mütəxəssisi Merve Tığlı Çinar 7 gündə
vücudu yaya hazırlamaq barədə bəzi məsləhətlər verir...



Yay
aylarına çox az qalıb və artıq çəkilərimizi gizlətməyə kömək olan qalın
paltarların hamısı ortadan qaldırılıb. İncə libaslarla yanaşı artıq
çəki və yağ kimi problemlər də daha çox diqqət cəlb etməyə başlayır.



Bəs
vücudumuz yaya hazırdırmı? Əslində sadə və asan yollarla vücudumuzda
böyük dəyişikliklər yaratmaq mümkündür. Üstəlik, 1 həftə kimi çox qısa
bir zaman müddətində.



Beləliklə, diyetoloq Merve Tığlı Çinarın hazırladığı 7 gündə vücudumuzu yaza hazırlamaq barədə ipucları:



Bazar günü: Rasionunuzdan emal olunmuş qidaları çıxarın.

Marketlərdə
rəflər arasında gəzmək çox maraqlı və xoş olsa da, tərkibləri haqqında
hər hansı məlumata sahib olmadığınız qidaları alış-veriş səbətinizə
atmağı tərgidin. Adlarını belə doğru tələffüz edə bilmədiyiniz bu
qidaları kifayət qədər tanımırsınız. Bu vərdişlərdən çəkinmə və təbii
qidalara üstünlük vermə zamanı gəlib çatmışdır.



Bazar ertəsi: Alkoqollu içkilərdən imtina edin

Alkoqollu
içkilər həm olduqca çox kalori ehtiva edir, həm də susuzluğun
yatırılmasında düzgün seçim deyil. Bununla bağlı aparılan araşdırmalar
göstərir ki, qadınlar alkoqollu içkilərin qəbulundan sonra daha çox
kalori alır.



Çərşənbə axşamı: Lifli qidalarla aranızı düzəldin

Lifli
qidaların sizi uzun müddər tox saxladığını unutmayın. Bu, çox sadədir,
edəcəyiniz tək şey yağsız qatığa 2 yemək qaşığı yulaf və salatınıza 2
çay qaşığı rəndələnmiş badam əlavə edin. Bunlarla vücudunuzu tam şəkildə
doydura bilərsiniz.



Çərşənbə: Metabolizminizlə sevgiliniz kimi davranın

Sevgilinizlə
ilk görüşdüyünüz günləri xatırlayın. Ondan müəyyən müddətdən bir gələn
bir telefon, mesaj ya da süprizlər sizi necə də xoşbəxt edərdi.
Monotonluqdan uzaq, bir münasibəti də daha yaxşıya doğru aparacaq
hərəkətləri qidalanmanızda da tətbiq edərək onu daha canlı saxlaya
bilərsiniz. Səhər yeməyinizi yedikdən sonra vücudunuzu təəccübləndirin
və ona tox qalmasını təmin edəcək ləzzətli bir ara yemək göndərin. Bunun
qarşılığında o da sizi xoşbəxt etmək üçün yağların yandırılmasını
sürətləndirəcək.



Cümə axşamı: Şişkinliyə son

Duz
və yağ nisbəti yüksək olan krakerlərin heç bir zərəri olmadığını
düşünürsünüz? Hələ də şirin biskvitlərin içindəki şəkər miqdarını
bilsəniz, onları yeməkdən dərhal imtina edərsiniz. Bu cür qidalar
 çəkinizi artırmaqla yanaşı sizə şişkinlik də verir. Özünüzə işgəncə
etməyə son qoyun və bol su içməklə bərabər bu şişkinliyi aradan
qaldıracaq qidalardan yararlanın. Yüksək miqdarda su ehtiva edən
ispanaq, xiyar və göyərtilərdən hazırlayacağınız ləzzətli bir salat sizə
bu işdə yardımçı ola bilər. Eyni zamanda potasium ilə zəngin olan banan
və portağal kimi qidaları da ara yeməklərdə istifadə etməyə diqqət
etsəniz, vücudunuzda yaranan şişkinliklərdən qurtula bilərsiniz.



Cümə: Su içmək üçün günəşi gözləməyin

Hüceyrələrimiz
bizdən daha proqramlı şəkildə hərəkət edir və kifayət qədər su
içmədiyimiz halda dərhal su saxlamaq funksiyasını işə salır. Həmçinin
suyu birnəfəsə içməyə də ehtiyac yoxdur. Suyu udum-udum içmək onun qan
dövranına daha rahat çatmasını təmin edir. Bu şəkildə içildikdə su
birbaşa böyrəklərə getmədiyi üçün vücud sudan daha səmərəli formada
istifadə edəcək və siz də daim ayaqyoluna getmə ehtiyacı
duymayacaqsınız.



Şənbə: Səhər yeməyi zamanıdır

İndiyədək
üstündən keçdiyimiz günün ən önəmli yeməyi olan səhər yeməyini vərdiş
halına gətirməyi qanun kimi qəbul edin. Yumurta və yulaf yarması ilə
hazırlayacağınız ləzzətli bir omlet həm günə mükəmməl başlamağınızı
təmin edəcək, həm də gün boyu sizi tox tutacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!