Boyundakı qırışlara qarşı alma şirəsi

Boyundakı qırışlara qarşı alma şirəsi
Gözəllik sirləri
10.09.2017 1
Bədənimizin ən tez qocalan bölgələrindən biri də boyundur. 



Bir
çox xanım üz qulluğuna diqqət etsə də, boyun bölgəsinə krem və ya maska
çəkməyi unudur. Ona görə də boyun bölgəsi üzdən daha tez qocalır və
qırışır. 



Boynunuzdakı qırışlardan xilas olmaq arzusundasınızsa, alma şirəsindən faydalana bilərsiniz. 



Alma
A, C, E və B qrupu vitaminləri, həmçinin kalsium, kalium, maqnezium,
fosfor kimi minerallar ehtiva edir. Odur ki, almadan həm sağlamlığımızı,
həm də gözəlliyimizi qorumaq üçün rahatlıqla istifadə edə bilərik. 



Təzə
almadan əldə edilən şirə ilə boyun bölgəsini silmək yaxşı effekt verə
bilər. Həmçinin bir çay qaşığı alma sirkəsini eyni miqdarda alma şirəsi
ilə qarışdıraraq üzünüzə və boynunuza çəkə bilərsiniz. Bu həm dərini
nəmləndirir, həm də qırışları açır.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!