Müasir gəlinlər üçün saç düzümləri

Müasir gəlinlər üçün saç düzümləri
Gözəllik sirləri
10.09.2017 43
Hər gəlin toy günü gözəl və valehedici olmaq istəyir. Zərif və düzgün
seçilmiş gəlinlik paltarı, ən əsası, səliqəli saç düzümü qüsursuz gəlin
obrazı yaratmağın ən birinci şərtidir.



Romantik və yaddaqalan obraz yaratmaq üçün dizaynerlər saç
aksessuarlarından istifadə etməyi məsləhət görür. Onların gəlinlər üçün
təqdim etdiyi saç aksessuarları gözəlliyi ilə insanı heyran edir.



Saç sancaqları

Aksessuar seçimi genişdir. Gəlinin saçını bəzəməyin ən sadə və əlverişli
üsulu gözəl saç sancaqlarıdır. Bu rahat və praktik aksessuar həm
gəlinin saç düzümünü möhkəm saxlayacaq, həm də ona bəzək verəcək. Saç
sancaqlarının strazlar, gül-çiçək və mirvari ilə bəzədilmiş bir çox
variantları var. Lələkli sancaqlara da rast gəlinir. Bunların hər biri
fərdi obraz yaratmağa qadirdir: zərif, romantik, vintaj... Bir sözlə,
sancaqlar zərif gəlin obrazının ayrılmaz hissəsi olacaq!



Saç lentləri

Atlaz, tül və ipək lentlər də gəlin saçı üçün gözəl bəzək sayılır. Bu
ilin yeni tendensiyasına muncuqlar, strazlar və s. dekorativ
elementlərlə işlənmiş saç lentləri daxildir. Gözlənilməz fakturalar və
əlavə elementlərlə bəzədilmiş lentlər kreativ gəlin obrazı yaratmaq
istəyənlər üçün əvəzolunmaz detaldır.



Dekorativ çələng və...

Çələng və "abodok”lar da son dərəcə zərif, incə gəlin obrazı yaratmağa
imkan verən ən populyar aksessuarlardan biri sayılır. Bu cür
aksessuarlar xüsusilə qısa saçlı gəlinlərə istənilən obrazı yaratmağa
yardım edəcək.



Gəlin tacı

Gəlin tacları zərif şahzadə obrazını yaratmaq üçün ideal seçimdir. Əgər
siz təmtəraqlı və möhtəşəm görünmək istəyirsinizsə, bu, uğurlu
variantdır. Lakin tac seçiminə xüsusi diqqətlə yanaşmaq lazımdır. Bu
aksessuar gəlinin digər elementləri ilə ahəng təşkil etməlidir. Bu
səbəbdən, klassik tacları daha incə və müasir variantlarla əvəzləyin.



Müəmmalı vual

Bu aksessuar fransız və ya Qərb üslubunda gəlin obrazı yaratmaq istəyən
qızlar üçün ideal saç bəzəyi olacaq. Ümumiyyətlə, vual bu gün duvağı
əvəz edən unikal bəzək əşyasıdır. Bu romantik və sirli element ümumi
görünüşə xüsusi məlahət verir. Bu zaman zərif və aristokrat obraz
yaranır.



Tər güllər

Təzə güllər gəlinin təbii gözəlliyini vurğulayacaq. Onlar sizin
tərzinizə zəriflik və romantika qataraq, təmtəraqlı obrazı yumşaldacaq.
Bu bəzəyin yeganə mənfi cəhəti tez solmasıdır. Odur ki, saç üçün gül
seçərkən ən dözümlü gül növlərinə üstünlük verin



Fatalar

Bu gün müasir gəlinlər duvaq yerinə saçın arxasında çalma kimi bağlanmış
fatalar seçirlər. Bu gözəl bəzək qısa və uzun saç düzümündə eyni
dərəcədə gözəl görünür. Onların köməyilə siz çox incə, zərif və romantik
obraz yarada bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!