Əla əhval-ruhiyyə yaratmaq üçün ətirlər və məsləhətlər!

Əla əhval-ruhiyyə yaratmaq üçün ətirlər və məsləhətlər!
Gözəllik sirləri
10.09.2017 23
Qoxuların bu kolleksiyası sizi stressdən tez qurtaracaq və romantikanı gündəlik həyatınıza əlavə edəcək.



Anis gümrahlandıracaq

Səhərlər
yağış yağır və çarpayıdan durmaq istəmirsiniz? Anis çayı için. Bunun
üçün sizə 1 çay qaşığı qara çay, 2 anis ulduzu və zəncəfil kökünün kiçik
tikəsi lazım olacaq. Bütün qarışığı 1 litr qaynar suya tökün, 10dəq.
saxlayın. Limon əlavə edib çayı için.



Mandarin bayram atmosferini yaradacaq

Səhər
tezdən işə gedirsiniz və evə gec qayıdırsınız? Bütün günləriniz oxşar
keçir? Kiçik bayram təşkil edin. 1 stəkan südə 5 — 6 damcı mandarin
ətirli yağını əlavə edin, suyla doldurulmuş vannaya qarışığı əlavə edib
duş qəbul edin. Sitrus ətiri əhval-ruhiyyənizi tez qaldıracaq.



Bal tez yatmağa kömək edəcək

Uzun
müddətdir yata bilmirsiniz? Dadlı və zərərsiz yuxu gətirəni hazırlayın.
İsti süd stəkanına 1 çay qaşığı konyak və ) 1 xörək qaşığı bal əlavə
edin. Kiçik qurtumlarla içkini qəbul edin.



Darçın uşaqlığı xatırladacaq

Darçının
və ətirli piroqların qoxusu sizdə qayğısız uşaqlıq xatirələrini oyadır?
İstirahət günləri şarlotka bişirin. Formanı yaxşıca yağlayın 3 — 4 ədəd
alma doğrayın və onların üzərinə testi (biskivit xəmiri ) əlavə edin.
25 dəq. mini şarlotkanız hazır olacaq.



Vanil sakitləşdirəcək

Gündəlik
həyatınıza bir az romantika əlavə edin. Vanilin efir yağını götürün.
Axşam ətirli şamlarınızı yandırın. Şamlar, xoş sakit musiqi və ya CD
dincliyin xüsusi atmosferini yaratmağa sizə kömək edəcək… Təsəvvür edin
ki, siz ekzotik adadasınız. 5 dəqiqə "səyahətdən” sonra yüngüllüyün və
dincliyin hissi sizi rahatladacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!