Bəs sizin ətiriniz hansıdır?

Bəs sizin ətiriniz hansıdır?
Gözəllik sirləri
10.09.2017 10
Koko
Şanel deyirdi ki, ətir məhz həmin aksesuardır ki, qadının gəlişindən
xəbər verir və getdiyi zaman  onu xatırladır. Ətir vasitəsilə qadın
individuallığını, xasiyyətini və əhval-ruhiyyəsini ifadə edir. Qadın
ətiri kişilərin yaddaşında illər boyu qalır. İllər keçdikdə o qadının
nə geyindiyini deyil, necə qoxduğunu xatırlayacaqdır.

Fransızların dediyinə görə, alt paltarı, ayaqqabı və ətir qadın obrazını yaradan ən vacib elementlərdir. Buna görə ətir seçiminə həssaslıqla yanaşmağınız vacibdir. Yer üzündə müxtəlif ətir növləri vardır:

fresh ətirlər – bu təmiz hava, təzə biçilmiş ot və səhər şehinin qoxularıdır;

meyvə ətirləri çiyələk, şaftalı və ya limon qoxusu ola bilər;

gül qoxuları – bağçada yetişən və ya çəmənlikdə bitən güllərin ətri;

şərq ətirləri – şirintəhər, temperamentli qoxular;

Ədviyyat ətiri – ədviyyat qoxusu verən ətirlər;

şipralı ətirlər – ağac, meşə, gül qoxusunu xatırladırlar;

ağac ətirləri, daha çox kişilərin parfüm istehsalına istifadə olunur – bahalı ağac növünün qoxusunu xatırladır.

Bəs bu qədər seçimdən sizin obrazınıza yaraşan və uyğun olan ətri necə seçmək olar?

Hesab
olunur ki, qaraşın xanımlara şirin ətirlər, sarışın xanımlara gül
ətirləri, bəyaz dərili xanımlar isə meyvə qoxulu ətirlər seçməlidirlər.
Şaten xanımlar isə şərq qoxulu ətirləri seçsələr daha yaxşıdır. Lakin
unutmayaq ki, ətir seçimində xanımların xasiyyətini də nəzərə almaq
vacibdir. Belə ki, güclü, tələbkar xanımlara yadda qalan, kişi
ətirlərini xatırladan qoxular uyğundur. Erotik xanımlar şərq
qoxularından, romantik və zərif xanımlar isə gül və meyvə ətirlərdindən
istifadə etsələr daha yerinə düşər.

Jan
Pol Qerlenin sözlərinə görə "Əgər kişi qadına vurulubsa, deməli onun
ətir seçimi düzgün olub”. Buna görə ətri qadının kişiləri cəlb etməkdə
əsas silahı olduğunu yadda saxlayaq. Unutmayın, meyvə ətirləri kişilərin
iştahasını açır, ilanq-ilanqa qoxusu olan ətirlər afrodiziak hesab
oluna bilər, yəni ki, kişilərdə ehtiras hissini oyadır. Vanil qoxusu
sizi kişilərin gözündə həmişə gənc göstərəcəkdir. Jasmin qoxusu kişilər
üçün cəlbedici sayılır. Kişilər arasında aparılan sorğulara görə,
qadından piroq,  qızıl gül və istilik qoxusu gəlməlidir.

Ətir
almağa gedəndə bir dəfəyə 3 ətirdən artıq ətir qoxulamayın, çünki
qoxuları qarışdıra bilərsiniz. Ətri yoxlamaq üçün mütləq dərinizə sürtün
və gün ərzində bu ətrin dərinizdə necə "açılmasına” diqqət yetirin.
Məhz bu zaman bu mənim ətrimdir deyib düzgün seçim edə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!