Portağal yağı ilə gözəlləşin!

Portağal yağı ilə gözəlləşin!
Gözəllik sirləri
10.09.2017 58
Portağalın nə qədər faydalı meyvə olması, yəqin ki,
hamıya bəllidir. Xüsusilə tərkibindəki C vitamininin çoxluğu bu meyvənin
faydalılığını daha da artırır. Bəs portağal yağının faydalarından
xəbəriniz varmı?

Portağal yağı portağal qabığı və ya portağal ağacının
çiçəklərindən əldə edilir. Xoş qoxusu sayəsində istifadə zamanı
narahatlıq vermir. Portağal yağının heç bir əks təsiri yoxdur.



Portağal yağının tərkibindəki turşular və
antioksidantlar bir çox dəri probleminə müalicəvi təsir göstərir.
Xüsusilə hamiləlikdən sonra yaranmış dəri çatlarını aradan qaldırmaq
üçün faydalıdır.

 

Portağal yağının faydalarını təqdim edirik:

-Ağrılı nahiyələri müalicəvi özəlliyə sahibdir.

-Həzm sistemini tənzimləyir, həzm problemlərinin yaxşılaşmasına yardım edir.

-Yaraların müalicəsində antiseptik (xəstəlik törədən
mikro orqanizmləri məhv etmək və ya onların çoxalmasının qarşısını almaq
üçün kimyəvi maddələr) kimi istifadə edilə bilər.

-Sellüliti yox etməkdə çox təsirlidir.

-Sızanaq və qara nöqtələrin müalicəsində istifadə edilir.

-Sinir sistemi üzərində müsbət təsirləri var.

-Qan azlığının müalicəsində təsirlidir.

-Diabet xəstələri üçün faydalıdır.

-Maqnezium, mis, kalium, sink, fosfor, dəmir baxımından zəngindir.



Portağal yağı necə istifadə edilir?

-Bir stəkan suya 3-5 damcı portağal yağı əlavə edib içmək həzmi yaxşılaşdırır.

-Pambığa bir neçə damcı portağal yağı töküb problemli dəriyə sürtün. Bu, sızanaqları qurudur.

-Portağal yağı xüsusilə sellülitlə mübarizədə ən güclü
silahdır. Mütəmadi olaraq istifadə edildikdə dərinin portağal görünüşü
tamamilə yox olur.



Portağal yağını evdə hazırlamaq olar?

Portağal yağını özünüz də hazırlaya bilərsiniz. Bunun
üçün 4-5 ədəd portağalın qabığını rəndələyib bir bankaya tökün, üstünə
yarım stəkan zeytun yağı əlavə edin. Daha sonra banka 2 ay qaranlıq bir
yerdə otaq temperaturunda saxlanılmalıdır. İstifadə etməzdən əvvəl yağı
süzün.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!