Qarın hissəsindəki yağları əridəcək və sinə sallanmasının qarşısını alacaq tövsiyələr

Qarın hissəsindəki yağları əridəcək və sinə sallanmasının qarşısını alacaq tövsiyələr
Gözəllik sirləri
10.09.2017 25
Havaların
istiləşməsilə şkafımızın gözündən nazik, dekolteli yaz-yaz
geyimlərimizi də çıxardırıq. Amma geyinib güzgüdə baxanda görüntü
kefimizi pozur. Qışdan bəri yediyimiz xəmir, isti qazan xörəkləri qarın,
bel hissəsində artıq yağlar əmələ gətirib, bədən və sinəmizdə isə
sallanmalar yaranıb. Bütün bunlardan tez bir şəkildə əməliyyatsız, ev
şəraitində yaxa qurtarmağı düşünürük. Bunun üçün vasitələr axtarmağa
başlayırıq. Heç də uzağa getməyin. Sizə ev şəraitində bel, qarın
hissənizdəki yağlardan canınızı qurtaracaq, bədən və döş hissənizdəki
sallanmaları yox edəcək  hərəkətlər, ipucları və iki intensiv krem
təqdim edirik.



Qarın və bel hissəsindəki yağları yox etməyin həll üsulları

Qarın
və bel hissənizə tez bir zamanda təqdim etdiyimiz rutini tətbiq etsəniz
yaxşı nəticə əldə edəcək və geyimlərinizi rahatlıqla geyinəcəksiniz.



İşə az yeməkdən başlayın

Axşam yeməklərinizi çox miqdarda
mineral maddələr qəbul edəcəyiniz tərəvəzləri bol olan yeməklərdən yana
seçin. Nəticədə orqanizminiz yığılan yağları əritməyə başlayacaq.

Tez-tez ara atışdırmalıqlar yeyin.
Şəkəri isə mümkün olduğu qədər rasionunuzda çıxardın. Əvəzində isə
orqanizminizin şəkərə olan ehtiyacını meyvələrlə qarşılayın. Amma
meyvəni mütləq və mütləq bir zülalla qəbul edin ki, qana qarışıb daha
sonra da, yağa çevrilməsin.



İdman hərəkətlərini unutmayın

İdman hərəkətlərinizi səhər
qəhvəaltısından əvvəl etsəniz gecə boyu xərcləmədiyiniz enerji balansını
qoruyacaqsınız və yığdığınız yağları əridəcəksiniz.

Axşam yeməyindən sonra etsəniz isə
bütün gün boyu topladığınız şəkəri əridəcəksiniz. Hətta yatdığınız zaman
belə bədəninizdəki yağ depolarından da, yaxa qurtaracaqsınız.



İp atlayın

Qıçlar əzələlərin ən çox əmələ
gəldiyi hissədir. Onları gücləndirmək, kaloriləri daha yaxşı yandırmaq
və maddələr mübadiləsini sürətləndirmək mənasına gəlir.

Qıç əzələlərinizi gücləndirəcək
idman hərəkətləri də etmək sizin işinizə yarayacaq. Heç bir iş etmək
istəmirsinizsə gündə ən azı 15 dəqiqə ip atlayın. Beləliklə, hər gün 100
kaloridən daha artığını xərcləyəcəksiniz.

Bütün bunları özünüzü məcbur
etmədən edin. Yadda saxlayın ki, mütəxəssislər həftədə 1 kq və 6 həftədə
isə bir bədən arıqlamağı mükəmməl hesab edirlər.



Ev işləri

Yerləri təmizləyərkən tozsoran
əvəzinə adi süpürgə və bezdən istifadə edin. Havanın isti olacağı
günorta saatlarında isə əllə paltar yuyun və ütüləyin.

Acıdığınız zaman özünüz üçün bir pəhriz yeməyi hazırlayın.



Masaj tətbiq edin

Masaj qarın və bel hissəsindəki
yağları əritmək üçün ən yaxşı vasitədir. Yaxşı seçilmiş masaj kremi ilə
qarın və bel hissənizi ovmağa başlayın. Nəticədə bu hissələrdəki
yağların əriməsi üçün yaxşı başlanğıc olacaq.

Masaj dərinin istilik dərəcəsini
artıraraq enerji qəbulunu da, artırır və eyni zaman da, bağırsaqların
hərəkəti sürətlənir. Qanın hərəkətini sürətləndirən masaj bədəndən daha
artıq suyun atılmasına şərait yaradır. Hər gün masaj etməyi unutmayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!