Əsrarəngiz Audrey Hebburn gözəlliyinin 7 sirri

Əsrarəngiz  Audrey Hebburn gözəlliyinin 7 sirri
Gözəllik sirləri
10.09.2017 22
20-ci
əsrin ən parlaq simalarından biri olan Audrey Hepburn dəb və tərz
ikonası kimi də hər kəsin ürəyini fəth etmişdi. Onun eleqantlığı,
mükəmməl obrazı bütün dünyanı öz əsirinə çevirmişdi. Halbuki, Hepburn öz
gözəlliyini çox adi hesab edir və qeyri-adi görünüşə sahib olduğunu
düşünmürdü.



1. Çox su içmək

Onun
dostları və iş yoldaşları xatırlayır ki, aktrisa hər zaman onlara çox
su içməyi tövsiyə edirdi. Yəqin ki, məhz elə bu onun əsas sirri olub:
çox su içmək və meyvə-tərəvəzlə qidalanmaq.



2. Hər ay bədənin tamamilə təmizlənməsi

Audrey
ayda bir dəfə detoks günü elan edirdi. Həmin gün ərzində o ancaq
meyvə-tərəvəz və ağartı məhsulları yeyir, çoxlu su içirdi. Bu ona uzun
uçuşlardan sonra bioloji ritmini qaydaya salmağa, iqlim və saat qurşağı
dəyişikliklərinə dözməyə kömək edirdi. O, bir çox hallarda səyahətlərdən
sonra özünü haldan düşmüş hiss edirdi və bu cür gün keçirərək gücünü
bərpa edirdi.



3. Kartof – əsas məhsul

Danimarka
və irland kökənli aktrisa üçün elə məhz buna görə də kartof əvəzedilməz
və vərdiş etdiyi məhsul idi. Bir çox yeməkləri kartofla hazırlayırdı.



4. Təmiz hava

Aktrisadan gözəlliyini qorumaq üçün hər gün nə etdiyini soruşduqda, hər zaman cavab verirdi: "Mən gəzintiyə çıxıram. Təmiz havada xeyli gəzirəm və bədənim oksigenlə dolur. Bütün sirr bundan ibarətdir.”



5. Şahzadə duruşu

Aktrisa
karyerasına baletlə başladığı üçün, rəqs hərəkətlərinə vərdiş etmişdi.
Hətta rəqs zallarından uzaq olduqda da, o sanki rəqs edirmiş kimi şux
qamətlə gəzirdi. O, hər zaman şahzadələr kimi şux qamətiylə hər kəsi
heyran edirdi.



6. Ancaq təbii makiyaj

Audrey
özü üçün minimalist bir tərz müəyyən etmişdi – elqantlıq və klassika.
Gözlərini vurğulayaraq, obrazını çox sadə tonlar üzərində qururdu.
Üzündə artıq görünən nə isə tapmaq mümkün deyil.



7. Hər gündən həzz alın

Aktrisanın
çox pozitiv həyat anlayışı var idi. Hətta bəzən onun sadəlövh olduğunu
da deyirdilər. O, ətrafda olan bir çox şeyə heyran ola bilərdi – balaca
uşaq kimi. Hər günündən həzz almağı bacaran insan idi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!