Fotogenik deyiləm, fotolarda yaxşı çıxmıram deyirsinizsə, səbəbi var

Fotogenik deyiləm, fotolarda yaxşı çıxmıram deyirsinizsə, səbəbi var
Gözəllik sirləri
10.09.2017 24
İnsanların
bəlkə də 90 faizi fotolarda çirkin düşdüyünə inanır. Bunun isə çox
bəsit bir səbəbi var- GÜZGÜLƏR! Belə ki, özümüzü güzgüdə görməklə qarşı
tərəfdən görmək arasında fərq var: biri digərinin çevrilmiş halı olaraq
görünür. Biz uzun illərdir ki, özümüzü qarşıdan deyil, güzgüdən
gördüyümüz üçün həmin görüntüyə də olduqca öyrəşmişik.

Digər
tərəfdən də insanın siması tam simmetrik deyil. Sol tərəfiylə sağ
tərəfi arasında kiçik, lakin beynimizin diqqətini çəkə bilən fərqlər
mövcuddur. Məsələn, kiminsə bir gözü digərindən böyük, bir qaşı
digərindən fərqli, bir yanağı digərindən bir az daha şişkin və sair ola
bilir. Əlbəttə ki, bunlardan daha böyük fərqlər də mövcuddur. Beynimiz
fotolarda bu fərqləri dərk etdiyi üçün fotodakı görünüşümüzü bəyənmir.



Aparılan
tədqiqatlar da sübut edib ki, insanlar çəkdirdikləri fotoların
döndürülmüş formalarını adətən daha çox bəyənirlər. Bundan başqa, əgər
siz fotoda güzgüdə göründüyünüz kimi çıxsaydınız, bu dəfə də digərləri
sizin yaxşı görünmədiyinizi düşünərdi. Çünki onlar sizin güzgüdəki
görünüşünüzə vərdiş etməyiblər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!