Ev şəraitində sellulitlərin həlli və sellulit əleyhinə maskalar

Ev şəraitində sellulitlərin həlli və sellulit əleyhinə maskalar
Gözəllik sirləri
10.09.2017 7
Sellulit
demək olar ki, çox qadının omba və bud hissəsində görülən, bədən
yağlarının toxumalar vasitəsilə həddən artıq çox çəkilməsilə yaranan
xoşagəlməyən görünütüdür. Bu hal qadınlar tərəfindən ən çirkin yağ
forması olaraq qəbul edilir və sanki süzmə pendiri, portağalı
xatırladır. Bədəndə bir dəfə sellulit yarandısa ondan yaxa qurtarmaq
çətin olur. Sellulitin səbəbləri olaraq bir çox faktorlar əsas götürülə
bilər. Əsasən, orqanizmdəki toksinlər yağ hüceyrələrinə təsir etdir və
bu da, sellulitin yaranmasına səbəb olur. Və təsir olunan hissədə bol
miqdarda yağ hüceyrələri yerləşir. Bu yağlardan da, adi qaydalarda yaxa
qurtarmaq heç də asan deyil. Yaya yaxınlaşdığımız, çimərlik mövsümünün
də gəldiyi bir zamanda yəqin ki, gözəl xarici görkəmə siz də sahib olmaq
istəyərsiniz. Buna görə də, sizə heç bir estetik əməliyyatsız, ev
şəraitində yaxa qurtarmağın yollarını yazırıq. 

İlk növbədə mütamadi olaraq idman və balanslı qidalanma vacibdir.



Düzgün qidalanın

Qeyd
etdiyimiz ki, sellulitdən yaxa qurtmağın ən asan yolu məhz düzgün
qidalanmaqdır. Gündə ən azı 1.5-2 litr su içmək lazımdır. Bu sizə
zərərli toksinlərdən azad olmağa kömək edəcək. Kola, meyvə suları,
kremli kofe, duzlu içkilər (ayran, turşu suyu və s.) qəbul
etməməlisiniz. Çəki almağınıza şərait yaradacaq qidalardan tamamilə uzaq
durun. Çünki orqanizmdəki yağ miqdarı artdıqca sellulitləri də yox
etmək çətinləşəcək. P və C vitaminləri olan qidalar qəbul edin. 

Xüsusilə
də, narıncı qidalar, albalı, çiyələk, portağal, qreypfrut, bütün yaşıl
tərəvəz və göyərtiləri bol miqdarda rasionunuza əlavə edin. C vitamini
güclü antioksidantdır. Orqanizminizdəki zəhərli maddələri yox etmək üçün
ananas yemənizdə fayda var. Qızartmalar, cipslər, atışdırmalıq
hazır qidalardan uzaq durun. 



İdman hərəkətlərini vaxtında edin

Selluliti
yox etməkdə başlıca üsullardan biri düzgün qidalanmadırsa, digəri məhz
düzgün, vaxtında idman etməkdir. Buna görə də, qidalanmanızla balans
təşkil edəcək idman proqramı hazırlayın. Sellulitin yaranması daha çox
özünü ayaq hissədə göstərir. Həftədə ən az 3 gün 1 saat olmaqla sürətli
qaçın. Nəticədə həm kalori yandıracaqsınız, həm də, qanın fəaliyyəti
də yaxşılaşacaq, sellulitlərdən daha tez yaxa qurtacaqsınız. Çünki
sürətli qaçış ayaq əzələlərini yaxşı işlədir və maddələr mübadiləsini də
sürətləndirir. 



Masajı unutmayın

İdman
və hissələrə görə masaj selluliti yox etməkdə ən yaxşı müalicə
üsuludur. Duş alarkən bu zamanı bir az daha uzadın və bədən fırçası ilə
sellulitli hissələrinizi masaj edin. Belə masaj qanın bədəndə hərəkətini
sürətləndirəcək. Nəticədə isə sellulitlərdən yaxa qurtmaq
asanlaşacaq. Həftədə ən az 2 dəfə bədən fırçası ilə masaj etsəniz fərqi
siz də hiss edəcəksiniz. Bundan əlavə sellulit əleyhinə olan xüsusi
kremlərdən istifadə edərək də masaj etmənizdə fayda var. Bunun üçün
sadəcə düzgün kremi seçməniz yetərlidir. Biz sizə sellulitlərinizlə
mübarizə aparmaqda kömək edəcək iki kremi məsləhət görürük. Onların hər
ikisi sellulitləri effektiv şəkildə yox etməkdə çox faydalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!