Yaşıl çay yağı ilə gözəlləşin

Yaşıl çay yağı ilə gözəlləşin
Gözəllik sirləri
10.09.2017 28
Yaşıl
çayın sağlamlıq üçün çox faydalı olduğunu artıq bilməyən yoxdur. Yeni
aparılan araşdırmalar göstərib ki, yaşıl çayın yağı da ən az çayı qədər
faydalıdır. Yaşıl çay yağından sağlamlıqdan çox, gözəllik sahələrində
istifadə edilir. 

Qadınlar.biz bu yağın faydalarını təqdim edir:

 

Yaşıl çay yağı dərinin nəmlənməsini təmin edir, qırışları azaldır,
sızanaqların meydana gəlməsinin qarşısını alır. Antioksidantlarla zəngin
olduğu üçün dərinin yenilənməsini təmin edir. Dərinin qüsursuz
görünməsinə səbəb olur. Aromaterapiya və masaj üçün istifadə edilən
təbii yağlardan biridir. Eyni zamanda, stress səbəbi ilə baş verən
xroniki yorğunluq, əzələ ağrıları zamanı da təsirlidir.

 

Hava çirkliliyi, stress, günəş şüaları kimi mənfi faktorların dəri üzərindəki təsirini yüngülləşdirir.

 

Həddindən artıq yağlı və ya quru dərilərdə nəm nisbətini
balanslaşdıraraq dərini yumşaldır. Dəriniz sızanağa meyllidirsə, yaşıl
çay yağı sızanağa səbəb olan bakteriyaları azaldacaq.

 

Bu yağ saçlar üçün də faydalıdır.  Saç dərisinin yağdan təmizləmək və
nəmləndirmək üçün ondan istifadə etmək olar. Maraqlıdır ki, yaşıl çay
yağı saç dərisinin yağlılığını azaldır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!