Qaşların tökülmə səbəbləri və müalicəsi

Qaşların tökülmə səbəbləri və müalicəsi
Gözəllik sirləri
10.09.2017 19
Qaşların seyrəlməsi son illərdə bütün xanımların
qarşılaşdığı problemdir. Bunun tibbi və kosmetik səbəbləri var.
Professor İbrahim Saraçoğlu qaş tökülməsinin səbəblərini açıqlayıb.

İ.Saraçğolunun sözlərinə görə, qaş tökülməsinin
səbəbləri  saç tökülməsi ilə təxminən eynidir: "Qaşların da, saçların da
mənbəyi eynidir. Qaşların seyrəlməsinin əsas səbəblərinə vitamin,
mineral və hormon tarazlığının pozulması daxildir. Eynilə saçlar kimi
qaşların da vitamin və minerallara ehtiyacı var. Bəzi xanımlar qaşlarını
tez-tez aldırırlar. Bu zaman tük kökündən qoparılır və bu vəziyyət tük
kökünə zərər verir. Korlanmış tük kökləri dəfələrlə özünü yeniləməyə
çalışır, ancaq bir müddət sonra yeniləmə prosesi dayanır. Bu halda qaş
bir daha  çıxmır və ciddi şəkildə seyrəlməyə başlayır. Bir müddət sonra
qaşlar formasız görünür, həm də tüklər uzanmır. Buna xalq arasında "qaş
küsməsi” deyilir.

Digər bir amil dəri xəstəlikləri və saç qırandır. Əgər
tüklər qaşın ancaq bir hissəsində tökülürsə, böyük ehtimalla bunun
səbəbi dəri xəstəlikləridir. Bu halda dərhal dermatoloqa müraciət edin”.

 

Qaş tökülməsinin digər səbəblərini belə sadalamaq olar:

- Makiyajla yatmaq (qaş qələmi)

- Qeyri-kafi qidalanma

- Hipotiroid (həddindən artıq tiroid hormonu istehsalı)

- Kimyəvi terapiyanın əks təsirləri

- Travmalar

- Göbələk və ekzema

- Sızanaqlar

 

Qaş tökülməsinin müalicəsi



Qaşları almayın: İlk
növbədə qaş almağı bir müddətlik dayandırın. Onsuz da son illərdə qalın
və təbii qaşlar dəbdədir. Hər halda qaşsız qalmaqdan daha yaxşıdır.

 

Həkim Nəzarəti: Əgər
qaş tökülməsi dayanmırsa, mütləq həkimə müraciət edin. Unutmayın ki,
bunun səbəbi dəri xəstəliyi ola bilər. Bu halda xəstəliyin yayılma riski
də var. Bundan əlavə, hormon müalicəsini özünüz edə bilməzsiniz.

 

Balanslı Qidalanın: Sağlam qidalanmaq yalnız saç və  dəri üçün deyil, bütün orqanizminiz üçün vacibdir. Buna xüsusi diqqət göstərin.

 

Təbii müalicə: Təbii bitki yağları həm tük kökünü möhkəmlədir, həm də qaşları qalınlaşdırır.

 

Qaş əkilməsi: Əgər
qaşlardakı tüklər tamamilə tökülübsə, müasir üsullardan istifadə edə
bilərsiniz. Bu əməliyyat bir çox müalicə mərkəzlərində son dərəcə uyğun
şəraitdə həyata keçirilir.

 

Qaş tökülməsinə çarə

Əgər qaş tökülməsi hormon və ya dəri xəstəlikləri ilə 
bağlı deyilsə, qaş zərdabları, tük çıxarıcı kremlər, qidalandırıcı
yağlardan istifadə edin.

 

Qaş üçün effektli maska: Bu
maskanı duşdan çıxdıqdan sonra çəkin. 1 çay qaşığı hind yağı ilə 1 çay
qaşığı badam yağını yaxşıca qarışdırın, duş sonrasında makiyaj fırçası
və ya qulaq pambığı ilə qaşlara və kirpiklərə sürtün.  Yarım saat
gözlədikdən sonra ilıq su ilə yuyun.

 

Sarımsaq maskası:

Bir diş sarımsağı yaxşıca döyüb, badam yağı ilə qarışdırandan sonra qaşlara sürtün, yarım saatdan sonra yuyun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!