Məşhur modelin gözəllik sirləri

Məşhur modelin gözəllik sirləri
Gözəllik sirləri
10.09.2017 12
Amerikalı aktrisa və model Bleyk Layvli arıq olmamasına baxmayaraq, gözəl və cazibədar bədən quruluşu ilə seçilir.

Məşhur ulduz gözəlliyinin sirlərindən danışıb. Onun sözlərinə görə, bunun üçün ilk növbədə müntəzəm olaraq idman etmək lazımdır: “Həftədə 4-5 dəfə idman edirəm. Bu çox olmasa da, əslində az da hesab olunmaz. Bundan əlavə hər gün yoqa ilə məşğul oluram”. Tənbəl olduğunu söyləyən Bleyk güclü idman edərək tərləməyə çalışdığını və bu üsulla arıqladığını söyləyir.

Bleyk Layvli pəhrizi:
Səhər yeməyi- zəruridir
Bleyk heç vaxt səhər yeməyindən imtina etmir və bu çox doğru seçimdir. O, bildirir ki, əgər kalorili nə isə yemək istəyirsə, bunu mütləq səhər edir. Bu yolla səhər yeyilən kalorili yeməklər piyə çevrilmir, omba və qarın hissəsinin kökəlməsinin qarşısını alır.

Meyvə- ən yaxşı dost
Acmısınızsa və nə yeyəcəyini bilmirsinizsə, əlbəttə yeməklərdən imtina etmək və yalnız meyvəylə qidalanmaq lazımdır. Çips və şirniyyatdan tamamilə uzaq durmaq lazımdır. Özünüzlə işə 2 alma və portağal apara bilərsiniz. Bununla da həm aclıqdan qurtula, həm də effektiv arıqlama üsulundan yararlanmış olarsınız.

Özünü sevmək
Layvli hesab edir ki, özünü sevmədən bunların heç birinə nail ola bilmərsiniz. Hər zaman bədənə qulluq edən və müxtəlif kosmetik vasitələrlə onun qayğısına qalan Bleyk özünü sevdiyiniz müddətcə istədiyiniz nəticəni alacağınızı deyir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!