Ətir notları: möhtəşəm qızılgül

Ətir notları: möhtəşəm qızılgül
Gözəllik sirləri
10.09.2017 6
Güllərin şahı qızılgülü parfumeriyada hələ qədim zamanlardan istifadə etməyə başlamışdılar. Bu güllə bağlı bir sıra əfsanələr yayılmışdır. Yunan əfsanəsinə görə qızılgül çiçəklər ilahəsi Xloris tərəfindən gözəl nimfadan yaradılmışdır. Şərab tanrısı Dionis ona nəfis qoxu, Afrodita isə gözəllik bəxş etmişdir.

Parfumeriyada ən çox istifadə olunan qızılgül növləri bunlardır: damascena rose (bolqar qızılgülü), centifolia (yüzləçəkli qızılgül), rose de mai (may qızılgülü). Nadir hallarda black baccara (qara qızılgül) kimi növlərdən də istifadə olunur.

Təbii qızılgül yağının ən böyük istehsalçılarından biri Bolqarıstandır. Onun Kazanlık şəhəri yaxınlığındakı qızılgül vadisində dünyaca məşhur Damas qızılgülü (bolqar qızılgülü) becərilir. Parfümerlər onun meyvə və ağac çalarları olan dolğun qoxusunu çox sevirlər.

Dəb və parfumeriyanın paytaxtı olan Fransa da geniş gül coğrfiyasına malikdir. Qrass şəhəridə dünyanın ən məşhur qızılgül plantasiyaları yerləşir. “Parfumeriya Məkkəsi” hesab olunan Qrassda vintaj hesab olunan Rosa Gallica (fransız qızılgülü), Rosa Centifolia (yüzləçəkli qızılgül), Rosa de Mai (may qızılgülü) becərilir. Bir çoxlarımız Patrik Zyuskindin “Parfumer” kitabını oxuyub, eyniadlı filmə də baxmışıq. Filmdəki hadisələr məhz Qrass şəhərində baş verir. Bolqarıstan və Fransa ilə yanaşı Tunis, Mərakeş, Türkiyə də qızılgül yağının əsas ixracatçılarından sayılır.

Parfumeriyada daha çox istifadə olunan qızılgül yağını təbii ləçəklərdən buxar distilləsi yolu ilə alırlar. 1 kq qızılgül yağı üçün 3 ton qızılgül ləçəyi lazım olur.

Möhtəşəm qızılgül bir sıra parfümerlerin ilham mənbəyi olub və bir çox ətirlərin kompozisiyasında istifadə olunub.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!