Gözəlliyiniz üçün məsləhətlər

Gözəlliyiniz üçün məsləhətlər
Gözəllik sirləri
10.09.2017 15
Sabunu susuz istifadə edin
İstifadə etmək istəmədiyiniz sabunlarınızı iç paltar siyirtmənizə və ya tişörtlerinizin dayandığı rəfə qoysanız, bunları geydiyinizdə möcüzəvi iy verərsiniz.

Sızanaq üzərinə diş pastası çəkin
Yalnız bir göy noxud böyüklüyündə tətbiq edin. Diş pastası sızanağın yağını əmərək daha çox böyüməsinə mane olar. 15 dəqiqə sonra üzünüzü yuyun.

Qol altınıza peeling
Əgər qol altlarınız quruyursa, narın bir bədən peelingi ilə bu bölgəni yumşalda bilərsiniz. Beləliklə yaz aylarında qolsuz geyimlərinizi könül rahatlığıyla geyə bilərsiniz.

Qıçlarınızı saç kremiylə təraş edin
Təraş köpüyünüz bitdisə onun yerinə saç kremi istifadə edə bilərsiniz. Bu krem, tüklərinizi yumşaldaraq təraşı asanlaşdıracaq və qıçlarınızı da ipeksi bir yumşaqlığa qovuşduracaq.

Dişlərinizi ağız qarqarası ilə fırçalayın
Evə gec gəldiyiniz gecələrdə özünüzü dişlərinizi təmizləyə bilməyəcək qədər yorğun hiss edirsinizsə, ağızınızı bir qarqara ilə çalxalayın. Ardından quru diş fırçanızla diş ətlərinizin dişlərinizdə dəydiyi nöqtələri yüngülcə fırçalayın.

Saç diblərinizi pudralayın
Saçınız yağlı bir görünüşə sahibsə, geniş uclu bir makiyaj fırçasını mineral bir pudranın içinə batırın. Fırçanın ucunda qalan çoxluğu azaltmaq üçün sapına əlinizlə yüngülcə vurduqdan sonra pudranı saç diblərinizə tətbiq edin. Tətbiq etdiyiniz pudra çox yağı əmərək saç telinzin arasına qarışacaq. İnanın, kimsə duş almağa vaxtınız olmadığını anlaya bilməyəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!