Silikon döşlə təbii döşü necə fərqləndirmək olur?

Silikon döşlə təbii döşü necə fərqləndirmək olur?
Gözəllik sirləri
10.09.2017 9
Silikon döşü necə bilmək olar?

Ən birinci səhv düşüncə – silikon döşlərin daha bərk olmasıdır. Əslində bu tarixin ilk implantlarına aiddir ki, müasir tibbdə onlardan istifadə olunmur.
Ən müasir əməliyyat texnikası sayəsində silikon döşü toxunuşla təbiisindən fərqləndirmək olmur. Ən əsası burada düzgün ölçünün seçilməsidir.

İzlər qalırmı?
Silikon döşlər haqqında digər bir mif, mütləq olaraq əməliyyat izinin qalmasıdır. Əksər kişilər bu izləri döşaltında axtarırlar.

Əslində döşaltı kəsiklər artıq uzaq keçmişdə qalıb. Müasir tibbdə gilə ətrafı və ya qolaltı nahiyyələrdə kəsiklər edilir. Silikonun mayəsi isə kisəyə artıq onun yerləşdirilməsindən sonra doldurulur.

Silikon və bodibildinq
Əgər sizin qarşınızda gözəçarpan sinə ilə fit qadın varsa, çox güman ki, onun cazibədarlığı silikonla tamamlanmışdır. Qadın sinəsi əsasən piy qatlarından ibarətdir və bodibildinq bu piy qatlarının düşmənidir. Nəticədə bir çox qadınlar görkəmlərini itirməmək üçün silikona müraciət edirlər.

Modellərin ideal bədənləri
Modellərin hündür boylarına, arıq bədənlərinə, nazik budlarına çox nadir hallarda gözəçarpan sinə bəxş olunur. Əgər belə bir qadınla tanış olmuşsunuz isə bu zaman onun döşlərinin nə qədər təbii olduğu barəsində şübhələnə bilərsiz. Aşağıdakı göstəriciləri bilməklə qadının silikon həvəsini öyrənə bilərsiz:

Göstərici 1: Hərəkətsizlik
Süd vəziləri, onun ətrafındakı piy qatları və dəri qadın bədəni ilə bir bütün təşkil edir və qadın sinəsi o hərəkət etdikcə hərəkət edir.

Silikon isə sadəcə mayə doldurulmuş kisələrdən ibarətdir və bu mayə kisə içində tərpənə bilir və nəticədə qadın sinəsi daha az hərəkətli olur.

Göstərici 2: Olduqca hündür bir sinə
Silikon döşlərin daha ideal edilməsi üçün nəzərdə tutulub. Əvvəllər 4 ölçü mövcuddur isə (böyük, orta, kiçik, lap kiçik), hal-hazırda 500 silikon modeli hazırlanmışdır.

Təbii sinəni büstqalter qaldırıb, ona forma verir. Silikon isə artıq əzəldən hündürdə olub və büstqalterin olub olmamasından asılı olmayaraq ideal duruşa malikdir.

Göstərici 3: Dəqiq ayrılma
Adi halda döşlər arasında olan dəri yumuşaq olur və qadın kürəklər üzərinə uzananda döşləri az olsa da yanlara ayrılırlar. Silikon döşlərdə belə bir effekt olmur və döşlər arasında gözəçarpan xətt olur. Lakin qeyd edək ki, düzgün seçilmiş ölçü bu effekti göstərməz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!