Qış aylarında dodaq baxımı

Qış aylarında dodaq baxımı
Gözəllik sirləri
10.09.2017 10
Evdə təbii dodaq baxımı necə edilir ?
Evdə əl və üz baxımınızda istifadə etdiyiniz nəmləndiricilərlə belə dodaq baxımınızı asanca edə bilərsiniz. İstifadə etdiyiniz nəmləndiricidən bir az dodaqlarınıza çəkib barmaqlarınızla masaj edərək kremin yaxşıca əmilməsini təmin edin tək bunu gündə bir neçə dəfə hətta çölə çıxmadan tətbiq etsəniz dodaqlarınızı soyuq havanın mənfi təsirlərindən çox daha yaxşı şəkildə qorumuş olarsınız. Ayrıca qışda dodaqlarınıza olan mənfi təsirlərindən qorunmaq üçün sizə evdə asanca hazırlaya biləcəyiniz bir neçə maska tərifi təklif edəcəyəm. Bu maskalar sayəsində soyuq havanın təsirlərindən qorunmuş olacaqsınız.

Quruyan və çatlayan dodaqlar üçün təbii dodaq baxımı maskaları

Bal maskası
1 çay qaşığı bal və 1 çay qaşığı qatığı qarışdırıb soyuqdan quruyan və çatlayan dodaqlarınıza çəkin, ən az 15-20 dəqiqə gözlədikdən sonra dodaqlarınız yumşaq olacağını görəcəksiniz bu qarışığı qış aylarında yatmadan əvvəl hər axşam tətbiq edə bilərsiniz beləcə səhər oyandığınızda yumşaq dodaqlara sahib olacaqsınız.

Kakao yağı maskası
Bu maska üçün lazımlı olanlar apteklərdə asanca tapa biləcəyiniz kakao yağı, kakao yağı dodaqlarınızı nəmləndirməklə qalmır eyni zamanda qidalandırır. Bu maskanı günün hər saatında asanca tətbiq edə bilərsiniz, beləcə dodaqlarınızı həm soyuq havanın təsirlərindən qorumuş, həm də baxımını etmiş olacaqsınız.

Zeytun yağı maskası
Bu maskanı hazırlamaqda olduqca sadə yumurta sarısı və zeytun yağını qarışdırıb dodaqlarınıza çəkdiyinizdə quruluqdan yaranan yaraların yaxşılaşmasını təmin edə bilərsiniz. Bununla yanaşı zeytun yağı içərisində olan təbii E vitamini sayəsində dodaqlarınızda ipeksi bir yumşaqlıq olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!