Təbii gözəllik

Təbii gözəllik
Gözəllik sirləri
10.09.2017 65
Zeytun  yağı
(quru  dəri  üçün)
Türk  və  Yunan  qadınlarının  dəriləri  qüsursuz  hesab  olunur. Dietoloqların  fikrincə , onların  gözəlliklərinin  sirri  demək  olar  ki, bütün  yeməklərə  əlavə  etdikləri  zeytun  yağındadır. Onlardan  ibrət  götürün.Salatlara  zeytun  yağı  əlavə  edin. Ət  və  balığı  bitki  yağında  qızardın. Qısa  müddət  ərzində  dəriniz  hamar  və  elastik  olacaqdır.
Bonus: Həftədə  1-2  dəfə  dərinizi  zeytun  yağı  ilə  silsəniz, təmizləyici  və  nəmləndirici  vasitələrə  xeyli  qənaət  etmiş  olacaqsınız.
 
 
Qatıq
(yağlı  dəri  üçün)
Bu  məhsulun  tərkibində  bifido  və  laktobakteriyalar  var. Onların  çatışmazlığı  immunitetin  zəifləməsinə  səbəb  olur  və  öz  təzahürlərini  iltihaba  meylli  olan  yağlı  dəridə  göstərir. Üzdə  sızanaq  və  civzələr  peyda  olur. Qida  rejiminə  və  qatıq  əsasında  hazırlanmış  dietaya  (gündə  1-2 stəkan  səhər  və  gün  ərzində ) riayət  edin.
Bonus: Qatıq  dəridə  Q  vitamininin yaranmasını  gücləndirir və  qocalma  prosesinin  qarşısını  alır.
 

 
Yerkökü
(qabıqverən  dəri  üçün)
Qızaran  və  allergiyalı  səpkilərlə  örtülən  quru  dəri  A  vitamininin  çatışmazlığından  xəbər  verir. Gündə  1 ədəd  yerkökü  yeyin , çünki onun  tərkibi   A  vitamini  ilə  zəngindir. Amma  həddini  aşmayın, əks  halda  beta-karotinin  artıq  dərəcədə  ifrazından  dəriniz  sarımtıl  rəngə  çalacaq.
Bonus: Yerkökü  görmə  qabiliyyətini  gücləndirir.
 
 
Qreypfrut
(dərini  təravətləndirmək  üçün)
Sitrus  meyvələri  arasında  C vitamini  ilə  ən  zəngin  meyvə  qreypfrut  hesab  olunur. Onun  çatışmazlığı  dəridə  qan  dövranının  aşağı  düşməsinə  əsbəb  olur. Səhər  yeməyindən  əvvəl  yarım  qreypfrut  və  nahardan  əvvəl  təzə  sıxılmış  qreypfrut  şirəsi  əhval-ruhiyyənizi  qaldırmaqla  yanaşı,  sifətinizə  təravət  və  təbii  qırmızılıq  bəxş  edəcək.
Bonus: Meyvənin  acı  dadı   və  tərkibindəki  maddələr  həzm  prosesini   normaya  salır  və  maddələr  mübadiləsini  yaxşılaşdırır.
 
 
Ət
( solğun  dəri  üçün )
Ət – tərkibində   heyvan  zülalı  olan  məhsullardan  biridir. Orqanizmdə  bu  element  çatışmayanda  dəri  solğun , əzgin  və  pis  görünür. Dərini  möhkəmləndirmək  üçün  gün  ərzində  ən  azı  150 qram  ət  yeyin.
Bonus: Heyvan  zülalı  əzələləri  möhkəmləndirir. Ət  diyetası  üstəgəl  müntəzəm  idman  məşqləri  gözəl  və  cazibədar  bədən  quruluşuna  bərabərdir.
 
 
Herkules
( istənilən  dəri  üçün )
Herkules  sıyığını  yalan  yerə  gözəllik  sıyığı  adlandırmırlar. Onun  tərkibində  xeyli  microelement  və  A, B , PP  vitaminləri  var. Herkules  zahiri  görünüşü   yaxşılaşdırır  və  bütün  orqanizmi  bərpa  edir. Səhər  tezdən  herkules  sıyığı  yeyin – dəriniz  zərif,  təmiz  və  elastik olacaq.
Bonus: Solğun , cansız  saçlara , tez sınan  dırnaqlara  “əlvida”  deyin, çünki herkules  sizin  bu  probleminizi  də  həll edəcək.
 
Sonda  bütün  xanımlara  həmişə  cavan  və  təravətli  olmağı  arzu  edirəm!!!
Redakte etdi: Pretty girlскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!