Mətbəxdən gələn gözəllik....

Mətbəxdən gələn gözəllik....
Gözəllik sirləri
10.09.2017 28
[/b]
[b] 
Yeməyi sevdiyiniz təzə tərəvəz və meyvələr gözəllik də gətirir. Əvvəl bədəninizi içdən gözəlləşdirin, sonra da dəri baxımınızı tamamlayın.


KARTOF: Kartofun çiy halı, dərini işıqlandırıcı bir piling vəzifəsi görür.                       

BANAN: Dadına doyulmaz meyvələrdən biri olan bananın nəmləndirici və sakitləşdirici təsiri mövcuddur. Etməniz lazım olan dəymiş bananı əzib üzünüzə sürmək.

AVOKADO: Sıx nəmləndirici xüsusiyyətiylə bilinən avokado, ən quru cildləyərin belə nəm ehtiyaclarını qarşılayacaq xüsusiyyətə malikdir.

ÇAY PAKETLƏRİ: Səhərlər oyandığınızda göz altlarınızı örtən şişliklərdən şikayət edirsinizsə; çay, sizin ən güclü silahınız olacaq. İlıq çay paketlərini gözlərinizin üzərinə qoya bilərsiniz.

YULAF ƏZMƏSİ: Hər evdə tapılması şərt olan yulaf əzməsi yalnız ürək sağlamlığına yaxşı gəlmir; eyni zamanda dəriyə də gənclik və işıltı qatır.

HİNDQOZU SÜDÜ: Ehtimalla mətbəxinizdə hal-hazırda Hindqozu saxlamırsınız. Lakin bu tropik meyvə xüsusilə quru saç tellərini canlandırmaq üçün təsirli bir nəmləndirici ola bilər.



Saç və dəri problemlərinizi anında ortadan qaldıracaq həll təklifləri:

Məsamələri daraltmaq üçün: Limon və ananas suyu qarışığını dərinizə tətbiq edin.

Dərinizi təmizləmək üçün: Alma sirkəsini tonik olaraq istifadə edin.

Qabaran saç tellərinizi yatırmaq üçün: İki damla zeytunyağını saçlarınıza sürün.

Ağız qoxusunu aradan qaldırmaq üçün: İlıq, duzlu suyla qarqara edin .


Bədəninizi canlandırmaq üçün: üzünüzə limon suyu püskürdün.

Sızanaqlar üçün: Bal və duz qarışığını sızanağın üzərinə tətbiq edib 10 dəqiqə gözlədin. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!