Evdə gözəllik salonu...

Evdə gözəllik salonu...
Gözəllik sirləri
10.09.2017 31
Bədəninizi sevirsinizsə, bunu ancaq ona baxım edərək göstərə bilərsiniz. Gözəlliyiniz üçün praktik baxım təkliflərimizə nəzər salın!


Evdə gözəllik salonu...

istirahət etdirici bir duş:
 
Vəsaitlər: Təzə nanə + duz
 
Hazırlanması: Yarım litr suyu qaynadın və içinə on ədəd təzə nanə yarpağını atıb on dəqiqə istirahət etdirin. Ardından bu suyu süzərək ilıq suyla dolu ləyənin içinə bir fincan duzla birlikdə tökün.
Nə işə yarayır: Nanə rahatlaşdırıcı, istirahət etdirici və sakitləşdirici təsiri qüvvətli olan bir bitkidir. Duz isə piling etmə xüsusiyyətiylə dərinizi ölü dəri və hüceyrələrdən təmizləyər.
Nə vaxt istifadə etməli: Həftədə bir dəfə ya da ehtiyac hiss etdiyiniz an.
 
Quru cildlərə süd duşu
 
Vəsaitlər: Süd + duz + bal
 
Hazırlanması: Boş bir plastik su şüşəsinin içində bir litr süd, bir fincan duz və yarım fincan balı çalxalayaraq qarışdırın. Və bu köpüklə bədəninizi ovun, sonra durulanın.
Nə işə yarayır: Süd duşu dərininə təmizləyər amma epidermisin həssaslığına zərər vermədiyi üçün dərin)i qurutmaz. Duz ölü dərinin atılmasına köməkçi olar.
 
Nə vaxt istifadə etməli: Həftədə bir dəfə.
 
Selülit
 
Vəsait: Raziyana + zirə + bibəriyə
Hazırlanması: Dərinizdə ibarət olan portağal qabığı görünüşü artıq sizi bezdirib. Elə isə çox asan hazırlanan bir qarışıqla sonunda selülitlərə ‘əlvida' deyə bilərsiniz. Bunun üçün səhərlər, 1 litr suya 1 ç.q. q raziyana, bir çay qaşığı zirə və 1 çay qaşığı bibəriyə atın. Bu qarışığı vam xodda 5 dəqiqəyə qədər qaynatdıqdan sonra 10 dəqiqə dəmlənməyə buraxın. Soyuyan qarışığı gün boyunca bol limonla istehlak edin. Selülitlərinizin yox olduğunu ya da heç olmasa gözlə görünməyəcək qədər azaldığına şahid olacaqsınız.
 
Dırnaqlar
Dırnaqlar günəş vannası qəbul etmə müddətində qalınlaşar, asanca qırıla bilər. Bu əsnada dəri də dəyişər. Lavanta  bu an köməyinizə çatar. Dırnaqlarınızın üzərinə sürəcəyiniz lavanta yağı təsirli bir qoruma təmin edərək, sözünü etdiyimiz mənfilikləri yaşamanıza mane olar.
 
Əl maskası
Maskanı tətbiqdən əvvəl bir müddət əllərinizi ilıq suda yumşaldın. Ardından dırnaqlarınızı 5 dəqiqə boyunca ilıq zeytunyağı və 1 çay qaşığı balın içində saxlayın Sonra da zeytun yağla əllərinizə və barmaqlarınıza masaj edin.
Tərcümə etdi və hazırladı: PURE LOVEскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!