Ev şəraitində üzə və əllərə qulluq ....

Ev şəraitində üzə və əllərə qulluq ....
Gözəllik sirləri
10.09.2017 20
Əziz xanımlar, evdə işlətdiyimiz tərəvəz və ərzaqlardan  hazırlanmış üz və əllər üçün faydalı olan  bir neçə qısa resepti sizə təqdim edirəm.    
 
Üzə qulluq


  * 2 ədəd yumurta sarısını,1 limonun yarısını və 1 x /q. balı qarışdırıb,4 yerə bölün. Səhər acqarına hazırlanmış məhlulun 3 hissəsini yeyib,1 hissəsini üzə və boğaza çəkin. 20-25 dəqiqədən sonra ilıq su ilə yuyun. Həftədə 1 dəfə təkrarlayın. 
* 2 x /q. xiyar suyunu 1 ç /q. limon suyuna qatıb pambıqla üzə çəkin. 30 dəqiqədən sonra quru pambıqla silin. Bu, dərini yumşaldır, ləkərə üçün faydalıdır


   * Bir neçə nanə yarpağını əldə əzərək yumşaldın və gözün altına qoyun. Bu, qırışlara xeyirdir. 

 *  Hamiləlikdən qalma ləkələr üçün yarım stəkan çiy inək südünü bir o qədər arağa qatıb odun üstünə qoyun,
qaynayan kimi götürün. Soyudub üzünüzü silin.

  * Bir ovuc itburnunu əzib, bir termosa tökün. Üstünə qaynar su töküb,dəmə qoyun.2 gündən sonra 1 gündə 5 dəfə
100 qr. için. 5 dəfə də üzü yumaq olar. Bunu həftədə 1 dəfə yerinə yetirin.Ayda 5 dəfə kosmetoloqa getməkdən yaxşıdır.  
  * Üzünüzü və boynunuzu sabunla təmiz  yuyub yaxşı qurulayın.Təmiz balı üzünüzə yaxıb,30 dəqiqədən sonra dəmlənmiş yaşıl çay ilə yuyun. 

 
  * 1 dəstə cəfərini 0,5 litr suda 20 dəqiqə qaynadıb suyunu süzün.Həmin suyu sərin yerə qoyub 2 gündən sonra üzü,boğaz nahiyəsini silin.Yumaq olmaz. 

 
   * Ləkə üçün 2 x /q süzmə və bir cimdik qabartma tozunun qarışığı yaxşıdır.
  * Sızanaq üçün 1 limonun suyu, 2 x /q süd və 1 x /qliserin qarışığı yaxşı təsir edir.
  
Əllərə qulluq


  * Əlləri  1 litr suya 2 x /q sirkə qatıb vanna etmək olar.Əlləri yumşaldır.
   * Dırnaqlara tez-tez  limonun suyunu sürtsəniz, möhkəmləndirər və sınmağa qoymaz.
     * 3 ç /q xama və 3 ç /q sürtgəcdən keçirilmiş kök qarışığı  əl üçün gözəl maskadır. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!