Gözəl və baxımlı görünmək üçün 7 ucuz vasitə

Gözəl və baxımlı görünmək üçün 7 ucuz vasitə
Gözəllik sirləri
10.09.2017 8
Gözəllik qurban tələb edir. Bu ifadəni dedikdə biz əsasən maddi "qurban" nəzərdə tuturuq.
Lakin hal hazırda bir çoxlarımız qənaət etməyə məcburuq. Belə vəziyyətdə ucuz və eyni zamanda effektli kosmetik vasitələrə üz tutmalıyıq. Sizə 7 belə vasitəni təqdim edirik.

- Kosmetik gil. Hal hazırda apteklərdə müxtəlif rənglərdə olan (ağ, göy, yaşıl) gil tapmaq olur. Gil çox ucuz və eyni zamanda effektli kosmetik vasitədir. Gil dəriyə çox müsbət təsir edir - təmizləyir, iltihabı azaldır, cavanlaşdırır, qırışları azaldır, dərinin rəngini yaxşılaşdırır. Gili az miqdarda ilıq su ilə qarışdırın (sıyıq kimi alınmalıdır) və üz dərisinə çəkib 20 dəqiqədən sonra yuyun. Maskaları hazırladıqda gili digər inqrediyentlərlə də qarışdırmaq olar.

- Salisil spirt. Bu vasitə civzələr və sızanaqlarla mübarizədə olduqca effektlidir. Vasitəni yalnız sızanaqların üzərinə çəkin.

- Sink mazı. Sızanaqlarla mübarizədə ən ucuz və effektli vasitədir. Sızanaqların üzərinə çəkin.

- Gənəgərçək yağı. Qaş, kirpik və saçların gözəlliyi üçün ən sınanmış və effektli vasitədir. Yağı kirpik və qaşların üzərinə çəkin, saç maskaları üçün istifadə edin.

- Hidrogen peroksidi ("perekis"). Dərini çox yaxşı təmiləyir, yağlılığını azaldır, ağardır, məsamələri daraldır.

- Aevit (kapsullar). Gözətrafı dəri üçün kremləri əvəz edə bilər. Gündə 1 dəfə göz ətrafı dəriyə çəkin və 20 dəqiqədən sonra ehtiyatla silin.

- Rəngsiz xına. Saçların sağlamlığı və gözəlliyi üçün əvəzedilməz vasitədir - saçları möhkəmləndirir, tökülməsini azaldır, kəpəkdən azad edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!