Baldan gələn gözəllik...

Baldan gələn gözəllik...
Gözəllik sirləri
10.09.2017 111
Nəmləndirici bal maskasıÇətin bir dövrdənmi keçirsiniz? Təsirli bir lasyon üçün bərabər miqdarda zeytun yağını və balı qarışdırın. İşə yarar nəticələr üçün quru dərinin üzərinə çəkin və durulamadan əvvəl 15-20 dəqiqə üzünüzdə gözlədin.

Ballı dodaq kremi
Balı, dodaq kremi olaraq istifadə etməniz, balın şirinliyini dodaqlarınıza daşıyacaq... Rəndələnilmiş 6 qram bal şamı, 10 damla limon yağı, 2 damla E vitamini yağı, 56 qram hindqozuyağını 1 çay qaşığı bal ilə qarışdırın.

Saç üçün bal maskası
Nizamlı olaraq istifadə etdiyiniz şampuna bir çay qaşığı bal əlavə edərək zərər görmüş saçlarınıza çəkin ya da daha dərin bir baxım üçün qarışığınıza bir çay qaşığı zeytun yağı əlavə edin. Qarışığı saçlarınıza çəkərək hər zamankikimi 15 dəqiqə gözlədikdən sonra saçlarınızı yuyun. (Daha ziyanlı saçlara sahibsinizsə, bu müddətə əlavə 10 dəqiqə əlavə edin)

Sızanaq üçün bal maskası
Bir neçə damla balı iltihablı sızanağınız üzərinə çəkin və üzərinə yara bantı yapışdırın. 30 dəqiqə gözlədin. (Bal yanıq və sıyrıqlar üçün də antiseptik xüsusiyyəti görər)

Dəri üçün bal maskası
2 çay qaşığı bal ilə 2 yemək qaşığı südü qarışdırın və üzünüzə masaj edərək çəkin. Üzünüzü yumadan əvvəl 10 dəqiqə gözlədin.

Buruq saçlar üçün bal maskası
1 litr suya bir yemək qaşığı bal əlavə edin və saçlarınıza çəkin ardından şampunla yuyun. Saçlarınızı düzləşdirmək üçün bu qarışıqla saçlarınızı durulayın.Epilyasiya üçün bal 2 çay qaşığı qəhvə rəngli şəkər, 1 çay qaşığı bal və 1 çay qaşığı suyu bir qabda qarışdırın və qarışığınızın rəngi qəhvə rənginə dönənə qədər mikrodalğa sobada gözlədin (təxminən 30 saniyə). Qarışığınız çox sərt görünürsə bir az su qataraq yumşaldın və soyumasını gözləyin.скачать dle 11.3
Mənbə: Qadınlar.Co


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!