Dodaqlara möcüzəvi maska

Dodaqlara möcüzəvi maska
Gözəllik sirləri
10.09.2017 45



 
Dərinizi düşündüyünüz qədər dodaqlarınızı da düşünməli və baxımını təmin
etməlisiniz.Yoxsa dodaq kənarında və dodaq üstündə olan qırışlar, quruluq və
çatlaqlar üzündən, üzünüzün bütün mənası itə bilər.

 



 
Dodaq maskası üçün:
-1 yumurta sarısı
-5 qr manna yarması
Yumurta sarısını bir kasaya qoyun və
manna yarması ilə qarışdıraraq məcun halına gətirin.Qarışığı dodaqlara və dodaq
kənarlarındakı dəriyə sürtün.10 dəq sonra suyla durulayaraq çıxarın. Bu maska
dodaqlarınızdakı ölü dərini çıxaracaq, quruluğu alacaq, qırışları yox edəcək, yumşaq və
hamar olmasını təmin edəcək.

 



 
Möcüzə dodaqlar üçün maska:
-1/2 xiyar
-1 yemək qaşığı bal
-1 yemək qaşığı qatıq

xiyarı yuyun və qabığını soyun. Blendra qoyaraq suyunu çıxarın. Bal və qatığı əlavə
edərək yaxşıca qarışdırın. Əldə etdiyiniz maskanı dodaqlara və dodaq kənarlarındakı dəriyə sürtün.15 dəq sonra yuyub çıxarın.Bu maska dodaqlarınızı nəmləndirəcək, hamar və sağlam olmasını təmin edəcək.

* * *
-1 ədəd pomidor
-1 yemək qaşığı bal
-1 yemək qaşığı qatıq
Pomidoru blendra qoyaraq
suyunu çıxarın. Üzərinə bal və qatığı əlavə edərək qarışdırın. Əldə etdiyiniz maskanı
dodaqlara və dodaq kənarlarındakı dəriyə sürtün. 15 dəq sonra durulayaraq çıxarın.Bu maska dodaqları nəmləndirib,quruluğu alıb qırışları yox edər,dodaqların elastikliyini,yumşaq və hamar olmasını təmin edər.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!