Meyvələr üzü gözəlləşdirir...

Meyvələr üzü gözəlləşdirir...
Gözəllik sirləri
10.09.2017 27
Qadınlar üçün üz gözəlliyi çox vacibdir. Baxımlı və sağlam üzə sahib olmaq doğru qidalanmaqdan asılıdır.Sağlam və gözəl bir üzə sahib olmaqda meyvələrin rolu da böyükdür. Bəs hansı meyvələr üzə yaxşı təsir göstərir?Üzü gözəlləşdirməyin bir yolu da çoxlu meyvə yeməkdir. Meyvələrin içində olan antioksidanlar üzünüzün gənc görünməsini təmin etməklə, yaşlanmasının qarşısını alır. Güclü antioksidanlar olan üzə faydalı meyvələr aşağıda göstərilənlərdir:AnanasÜzü qırışlı olan insanlar çoxlu ananas yeyə bilərlər.Üz problemlərindən biri olan qırışlara ananas yaxşı təsir göstərir.Üzün toxumasını dartaraq, sərtləşmə və qurumaların qarşısını alır. Gündə bir neçə dilim ananas yemək kifayətdir.ÇiyələkÇox sevdiyimiz meyvələr arasında yer alan çiyələk də,antioksidanlı meyvədir. Üzdəki kallogenin miqdarını artıraraq yaşlanmanın səbəbi olan sərbəst radikallara qarşı üzü qoruyur. C vitaminli olan çiyələk diş minasının saralmasınının qarşısını da alır.NarNar da güclü antioksidanlar arasındadır. Üzü sərbəst radikallara qarşı qoruyaraq,üzün təravətlənməsinə təsir göstərir. Üzün hücrələrini qoruyur və yaşlanmanın qarşısını alır. Üzün sağlığı baxımından narın da təsiri böyükdür.ƏncirTəmiz və parlaq bir cildə sahib olmaq istəyirsinizsə, əncirdən istifadə etməlisiniz. Lifli bir meyvə olan əncir bədəninizin toksinlərdən qorunmasına köməkçi olacaq. Antioksidan olan əncir eyni zamanda üzdə meydana gələ biləcək xəstəliyin qarşısını da alaraq qızartıları aradan qaldırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!