Dırnaqların problemi

Dırnaqların problemi
Makiyaj, Manikür, Pedikür
10.09.2017 29
Dirnaqlar qış mövsümündə -  qırılır, soyulur, çatlayır. Əl dərisinin
qurumağını, buna görə dırnaq ətrafında olan dərinin soyulmasını da
nəzərə alsaq əllərin necə görkəm aldığı hər qadını dəhşətə gətirər.
Lakin hər vəziyyətdən çıxış yolu var, təbii ki.
[/justify]
Qışda dırnaqların qırılmasına səbəb yalnız avitaminoz deyil. Çox vaxt bunun səbəbkarı özümüzük.



[justify]

1.  Məişət kimyası
[/justify]
Çox zaman xanımlar ev işi görərkən əlcəkdən istifadə etmirlər.
Təəccüblü deyil ki, məişət kimyası dırnaqları məhv etməklə yanaşı, bəzən
dərini də soyur.  Bir çoxları düşünürlər ki, dırnağa qoruyucu vasitə
sürtüb, əllərinə krem vursalar  problemləri aradan qaldıracaqlar. Lakin,
artıq məişət kimyası ilə təmasda olarkən dəri və dırnaq kimyavi
tərkibin dağıdıcı təsirinə məruz qalır və heç bir kosmetik vasitə onun
qarşısını ala bilməz. Buna görə ev işləri gördüyünüz  zaman əlcək
geyinməyi unutmayın.



[justify]

2. Qenetika
[/justify]
Dırnaqları çox uzun saxlamaq məqsədilə siz onları keratindən məhrum
edirsiniz. Keratin -nəsillikcə keçən zülaldır. Dırnağınızda keratin
çatışmazlığı varsa dırnaqlarınız hər ehtiyatsız hərəkət zamanı qırılmağa
məruz qalacaqdır.



[justify]

3. Laklar
[/justify]
Tərkibində çoxlu formaldeqid və aseton olan laklar dırnağı qurudur.
Dırnaq təmizləyən vasitələrin tərkibində aseton olmayanları seçməyə
çalışın.



[justify]

4. Avitaminoz
[/justify]
Qidanızın tərkibində A,B,C vitamini, kalsium və dəmir olmadıqda
dırnaq qatınız hər zaman qırılaraq soyulacaqdır. Həkim məsləhətinə
əsasən vitamin kompleksləri qəbul edin və qidanıza fikir verin.



[justify]

5. Xəstəliklər
[/justify]
Qalxanvarı vəzin xəstəlikləri, hormonal dəyişikliklər orqanizmdə
vitamin və mineral çatışmazlığına gətirir, bu isə dırnağın sağlamlığına
təsir edir.



[justify]

6. Hava
[/justify]
Qışda otaqların havasız olması dırnaqları qurudur, buna görə dırnaqların və əllərin daima nəmlənməsinə diqqət yetirin.



[justify]

7.Ehtiyatlıolun.                                                                                                                                                                                             

[justify][/justify]
Əgər siz süni dırnaq uzatma prosedurundan, dırnaq cilasından tez-tez
istifadə edirsinizsə, bu dıqnaq qatının nazilməsinə gətirirb çıxarır.
Məlumunuz olsun ki, həkimlə məsləhətləşmədən həddən artıq kalsiumun
qəbul edilməsi də dırnaq qatının zədələnməsinə gətirib çıxarır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!